SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Dr. Camal Musəvinəjad həbs edilib – Sarabda

2021.10.20, 07:36
Azərbaycanlı fəal Dr. Camal Musəvinəjad həbs edilib – Sarabda

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Dr. Camal Musəvinəjad təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Sarab şəhərinin zindanına aparılıb.

 

Fəal avqustun 25-də öz iş yerində yaxalanaraq 1 illik həbs cəzasını çəkmək üçün həbsxanaya intiqal edilib.

 

Sarablı fəal yayın əvvəllərində yaşadığı şəhərin məhkəməsi tərəfindən “Sarablı” adlı Teleqram kanalındakı fəaliyyətinə görə “sistemin əleyhinə təbliğat aparmaq” kimi qondarma ittihamla üzləşərək 1 il həbs cəzasına məhkum edilib. Hökm Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 26-cı Şöbəsi tərəfindən olduğu kimi qüvvədə saxlayıb.

 

Apelyasiya Məhkəməsi müttəhimin təqdim etdiyi bütün sənəd və dəlilləri rədd edərək verilən  həbs cəzasını təsdiq edib.

 

Sarab şəhərinin təhlükəsizlik qüvvələri qış aylarında azərbaycanlı fəalın evinə hücum çəkərək evdə axtarış aparıb, fəala aid mobil telefonu, ləptop, kitab və əlyazmaları götürüblər. Bundan sonra fəal bir neçə dəfə Sarabın Ettelaat İdarəsinə çağırılıb. Ettelaat İdarəsi dosye təşkil olunduqdan sonra onu Sarabın Ədliyyə Şöbəsinə göndərib. İlk öncə sistemin əleyhinə təbliğat aparmaq, rəhbəri və müqəddəsləri təhqir etməkdə günahlandırılan fəal, sonralar keçirilən məhkəmə prosesində irəli sürülən iki ittihamdan bəraət qazanıb, o yalnız sistemin əleyhinə təbliğat aparmaq ittihamı ilə Sarab Məhkəməsi tərəfindən 1 illik həbs cəzasına məhkum edilib.

 

Məhkəmə, Teleqram kanalında 1945-ci ildə Azərbaycan Milli Hökumətinin qurulması və hökumətin rəhbəri, böyük öndər Seyid Cəfər Pişəvəri haqda tarixi mətləb yaymaq və kompüterində Azərbaycan Cümhuriyyətinin bayrağını öpdüyü şəkilin tapılmasını dəlil kimi göstərərək fəalı sistemin əleyhinə təbliğat aparmaqda günahlandırıb.

 

C.Musəvinəjadın sözlərinə görə, o sorğu-suala tutulduğu və ittihamlarının elan olunduğu zaman, həmçinin məhkəmə prosesi, o cümlədən Apelyasiya Məhkəməsinin iclası zamanı təhlükəsizlik və məhkəmə məsulları tərəfindən təhqir və təzyiqlərə məruz qalıb.

 

Adını çəkdiyimiz fəal 2012-ci ildə daha 4 sarablı fəalla birlikdə saxlanılaraq ağır işgəncələrə məruz qalıb. O həmin zaman qanunsuz qruplara üzv olmaq ittihamı ilə bir il həbs cəzası ilə üzləşib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar