SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Əli Vasiqi Məhkəməyə çağırılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Əli Vasiqi Məhkəməyə çağırılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Əli Vasiqi Ərdəbilin İnqilab Məhkəməsinə çağırılıb.


Yanvarın 13-də göndərilən çağırış vərəqəsində fəaldan yanvarın 23-də Ərdəbil İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət etməsi istənilib.


Çağırış vərəqəsində fəalın “ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qanunsuz qrup yaratmaqla bağlı Polis İdarəsinin raportu” ilə əlaqədar məhkəməyə çağırıldığı qeyd olunub, lakin hansı qrupdan söz getdiyi
açıqlanmayıb.


Əli Vasiqi 2018-ci il iyulun 2-də Babək qalası yürüşünə qatıla bilməsin deyə Ərdəbilin Qiyam meydanında yerləşən mağazasında təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdır.


Fəal, ittihamı Ərdəbil İnqilab Məhkəməsinin 12-ci Şöbəsi tərəfindən elan olunduqdan və barəsində mülki vəsiqə qərarı çıxarıldıqdan sonra onunla eyni tarixdə yaxalanan azərbaycanlı fəallar Rəhim Qulami, Əsgər Əkbərzadə, Mehdi Huşmənd və Səid Sadiqifərlə birlikdə Ərdəbilin Mərkəzi Zindanına aparılılıb. Azərbaycanlı fəallar həbsxanada zindan məsullarının təhriki ilə bir neçə məhbus tərəfindən döyülüb, bunun nəticəsində Əli Vasiqinin sağ gözünün üstü göyərmişdir. 


Əli Vasiqi və digər fəallar 2018-ci il iyulun 10-da mülki vəsiqə qarşılığında həbsxanadan azad edilib.Əli Vasiqi bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs cəzasına məhkum edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

 


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar