SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Əlirza Moiniyan 8 ay həbs cəzasına məhkum edilib

2021.10.20, 07:36
Azərbaycanlı fəal Əlirza Moiniyan 8 ay həbs cəzasına məhkum edilib

Gunaz.tv

GünAz TV: İranda 2017-ci ilin dekabr və 2018-ci ilin yanvar aylarında baş qaldıran kütləvi etirazlarla (dey ayı etirazları) əlaqədar daha bir soydaşımıza həbs cəzası verilib.

 

Məlumata görə, Təbriz şəhərində keçirilən etiraz aksiyasında saxlanılıb sonralar mülki vəsiqə qarşılığında sərbəst buraxılan azərbaycanlı milli-mədəni fəal Əlirza Moiniyan Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən 8 ay azadlıqdan məhrum edilib.

 

Hakim Ehrarinin çıxardığı hökmə əsasən təbrizli fəal “sistemin əleyhinə təbliğat aparmaq” və “qanunsuz yığıncaqlara qatılmaq”da ittiham olunub.

 

Kütləvi etirazda yaxalanan fəal bir müddət sorğu-suala tutulduqdan sonra zəmanətə buraxılmışdır.

 

Ə.Moiniyan aprelin 23-də dindirilmə işlərinin təkmilləşdirilməsi ilə əlaqədar Təbriz prokurorluğunun 19-cü şöbəsinə çağırılaraq ittihamları elan olunmuşdur.

 

İranda 2017-ci ilin dekabr və 2018-ci ilin yanvar aylarında iqtisadi vəziyyətin gərgin olması və ədalətsizliyə qarşı təxminən 100 şəhərdə kütləvi etiraz aksiyaları keçirildi. Aksiyalar zamanı azı 25 etirazçı təhlükəsizlik qüvvələri tərəfindən öldürüldü, təxminən 5 min nəfər isə saxlanıldı. Saxlanılanlardan bir çoxu barədə hələ də heç bir məlumat yoxdur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar