SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Hamid Allahverdipurun şərti azadlığa buraxılmasına razılıq verilib

2021.10.20, 07:36
Azərbaycanlı fəal Hamid Allahverdipurun şərti azadlığa buraxılmasına razılıq verilib

Gunaz.tv

GünAz TV: Təbriz zindanında 7 aylıq həbs cəzasını çəkməkdə olan güney azərbaycanlı milli-mədəni fəal Hamid Allahverdipur şərti azadlığa buraxılıb.

 

Sulduz sakini olan fəal təxminən 4 ay həbsdən sonra avqustun 19-da birinci dəfə olaraq 48 saat məzuniyyətə buraxılıb. Məlumata görə, Təbriz zindanı məsulları onunla əlaqə saxlayaraq şərti azadlığa buraxılması ilə bağlı tələbinin təmin olunduğunu bildiriblər. Bununla da fəalın həm məzuniyyət, həm də şərti azadlıq tələbinin təmin olunduğu məlum olub.

 

Fəal 2015-ci il noyabr ayında irqçilik zəminində yayımlanan məlum təhqiramiz “Fitilə” verilişinə qarşı keçirilən etiraz aksiyalarında iştirak etdiyi üçün Əhər şəhərində saxlanılıb, “ölkə təhlükəsizliyinin əleyhinə sözləşmə və toplaşma”da günahlandırılaraq 7 ay həbs cəzasına məhkum edilmişdir.

 

Fəalın həbs hökmü 2019-cu il mayın 5-də Əhər zindanında icra olunub, lakin o 1 ay sonra Təbriz zindanının ən ağır şəraitdə olan “Seqanə” korpusuna köçürülüb. O Azərbaycanın milli hüquqlarına təkid etdiyinə, həmçinin Ərdəbildə həbsdə olan tanınmış fəal Abbas Lisaniyə dəstək vermək məqsədi ilə simvolik olaraq 5 günlük aclıq aksiyası keçirdiyinə və Əhər prokurorunun aclığa son qoymaqla bağlı tələbinə məhəl qoymadığına görə Təbriz zindanına köçürülmüşdür.

 

Təbriz zindanında yaxınları ilə görüşünə icazə verilməyən və bir neçə həftə telefon əlaqəsi saxlamasına qadağa qoyulan Hamid Allahverdipur ötən həftədən həbsxananın başqa bir korpusuna köçürülmüşdür.

 

Hamid Allahverdipur 1983-cü ildə Sulduz şəhərində doğulub. Torkologiya üzrə təhsil alan fəal Təbriz Azad Universitetinin hüquq üzrə keçmiş öyrəncilərindən olub.

 

N.S

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar