SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Həkimə Əhmədi aclıq aksiyasının 15-ci günündə

2021.10.20, 07:36
Azərbaycanlı fəal Həkimə Əhmədi aclıq aksiyasının 15-ci günündə

Gunaz.tv

GünAz TV: Mayın 12-də Marağa zindanında aclığa başlayan azərbaycanlı milli-mədəni fəal Həkimə Əhmədi aksiyasını davam etdirir.

 

Mərənd sakini olan milli-mədəni fəal ötən il oktyabr ayında təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, o aradan 7 aydan çox keçməsinə baxmayaraq hələ də  həbsxanada qeyri-müəyyən vəziyyətdə saxlanılır.

 

Aclıq aksiyası nəticəsində fəalın qaraciyərinin təxminən sıradan çıxdığı və səhhətinin ağır olduğu bildirilir.

 

Aclıq aksiyasının 15-ci günündə olan Həkimə Əhmədi ötən il oktyabr ayında da aclıq etmişdir.

 

Xanım fəal aksiyaya başlamadan əvvəl bu barədə ailəsinə məlumat verib. “Qeyr-müəyyən vəziyyətdə saxlanmağımla bağlı Binab Məhkəməsinin rəisinə dəfələrlə məktubla müraciət etdim. Lakin heç bir nəticə əldə olunmayıb. Bundan əlavə, həbsxanada mənlə kobud rəftar edilir. Ona görə də bu vəziyyətin düzəlməsinə ümidimi itirdim və aclıq etməyə qərar verdim.”- deyə o bildirib.

 

Həkimə Əhmədi 2018-ci il oktyabrın 18-də Mərənd şəhərində saxlanılaraq naməlum istiqamətə aparılmışdır. Evə daxil olan təhlükəsizlik qüvvələri Həkimə Əhmədinin həyat yoldaşını silahla təhdid edərək evdə axtarış aparıb və fəalı yaxalamışdır.

 

Azərbaycanlı fəal yeni saxlandığı zaman Mərənd Ettelaat İdarəsinin təcridxanasında işgəncəyə məruz qalıb, qabırğa və barmaqları ağır xəsarət almışdır. 2018-ci il oktyabrın 30-da xəstəxanaya aparılan fəal noyabrın 2-də yenidən saxlandığı təcridxanaya qaytarılmışdır.

 

Məhkəmə “Sepah”ın təhlükəsizlik bölümü tərəfindən araşdırılan dosyenin təkmilləşdirilməsi bəhanəsi ilə Həkimə Əhmədinin azadlığa buraxılması haqda vəsiqə qərarı çıxarmaqdan imtina edir. Dosyenin təkmilləşməməsinə baxmayaraq ona “milli təhlükəsizliyi pozmağa cəhd göstərmək” və  “qanunsuz qrup və dəstələr yaratmaq” ittihamları ilə üzləşdiyi bildirilib.

 

Həkimə Əhmədi azadlıqda olarkən ana dilində təhsil hüququ ilə əlaqədar fəaliyyət göstərib. İki uşaq anası olan fəalın sosiologiya üzrə yüksək lisansı var, o Mərənd şəhərinin sakinidir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar