SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Məhəmməd Xakpur məhkəməyə çağırılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Məhəmməd Xakpur məhkəməyə çağırılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Məhəmməd Xakpur, Babək qalası mərasiminə qatılması ilə əlaqədar  Ərdəbil Məhkəməsinə çağırılıb.

 

Noyabrın 14-də fəala göndərilən çağırış vərəqəsində ondan 5 gün ərzində Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsinə müraciət etməsi istənilib.

 

Məhkəmənin 1-ci şöbəsi çağırış vərəqəsini Kəleybər Prokurorluğu adından göndərib.

 

Çağırış vərəqəsində fəalın çağırılma səbəbi və ya ittihamı açıqlanmayıb, yalnız bildirilib ki, irəli sürülən ittihamdan müdafiə ilə bağlı məhkəməyə müraciət olunsun.

 

Məhəmməd Xakpur iyulun 5-də Babək qalası mərasimində yaxalanaraq Əhər şəhərinin təcridxanasına aparılıb və 3 gün saxlandıqdan sonra sərbəst buraxılıb. Fəal saxlandığı zaman digər azərbaycanlı fəallar kimi təhlükəsizlik qüvvələri tərəfindən vəhşicəsinə döyülüb.

 

Babək qalası yürüşü zamanı qalada və Azərbaycanın müxtəlif şəhərlərində təxminən 80 nəfər milli-mədəni fəal İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdır.

 

Məhəmməd Xakpur tanınmış azərbaycanlı fəallardan biridir. O Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar