SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Məhəmməd Xakpurun məhkəmə iclası keçirilib

2021.10.20, 07:36
Azərbaycanlı fəal Məhəmməd Xakpurun məhkəmə iclası keçirilib

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Məhəmməd Xakpur Kəleybər Məhkəməsində mühakimə olunub.

 

Babək qalası mərasimi dosyesi ilə əlaqədar məhkəməyə çağırılan fəal sonuncu dəfə olaraq irəli sürülən ittihamlardan özünü müdafiə edib.

 

Məlumata görə, məhkəmə iclası təxirlə başlayıb, azərbaycanlı fəal isə bu vəziyyətə etiraz edib. Bundan sonra məsulların idarə şurasının iclasına qatılan hakim iclası tərk etməyə məcbur olub və fəaldan üzr istəyib.

 

M.Xakpurdan istənilib ki, “bölücülük və millətçilik məzmununda mətn yayıb və onu GünAz TV-yə göndərməklə islam cümhuriyyətinə müxalif qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə bağlı son dəfə olaraq özünümüdafiə mətnini təqdim etsin.

 

Məhəmməd Xakpur 2018-ci il iyulun 5-də Babək qalası mərasimi zamanı yaxalanaraq Əhər şəhərinin təcridxanasına aparılıb, o 3 gün saxlandıqdan sonra sərbəst buraxılıb. Fəal saxlandığı müddətdə onunla birlikdə yaxalanan digər fəallar kimi təhlükəsizlik qüvvələri tərəfindən döyülərək işgəncələrə məruz qalıb.

 

Bundan əvvəl Kəleybər Prokurorluğunun Məhkəmə Şöbəsinin yerinə Ərdəbil İnqilab Məhkəməsinin 1-ci Şöbəsi Məhəmməd Xakpuru çağıraraq ona üzləşdiyi  ittihamı elan edib, o bundan sonra maaş qəbzi və 30 milyon tümənlik vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar