SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Murtaza Nəbizadə Təbrizdə dəfn olunub – VİDEO / GÖRÜNTÜ

2021.10.20, 07:36
Azərbaycanlı fəal Murtaza Nəbizadə Təbrizdə dəfn olunub – VİDEO / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Milli-mədəni fəal və Azərbaycan rəqsi müəllimi Murtaza Nəbizadə dekabrın 7-də qarlı qış günündə dəfn olunub.

 

Mərhum gənc fəal Təbrizin “Vadi rəhmət” qəbiristanlığında torpağa tapşırılıb.

 

Mərasimə mərhumun ailəsi və yaxınlarından əlavə çox sayda azərbaycanlı fəal qatılıb.

 

Müxtəlif şəhərlərdən mərasimə qatılan fəallar türkcə yazılmış plakatlar qaldıraraq bu itkini mərhumun ailəsi və milli-mədəni fəallara başsağlığı veriblər.

https://www.youtube.com/watch?time_continue=24&v=I3KGbZns7ZE

 

Mərasimdə fəallardan bir neçəsi, o cümlədən cənab Həsən Dəmirçi çıxış edib.

https://www.youtube.com/watch?v=RuqkObI4Wqc

 

 

M.Nəbizadə keçirdiyi ağır yol qəzası nəticəsində bir neçə ay öncə komaya düşmüşdür, o dekabrın 6-da müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

 

Güney Azərbaycan Televiziyası növbəti dəfə bu itkini mərhumun ailəsi və yaxınları, eləcə də azərbaycanlı fəallara dərin hüznlə başsağlığı verir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar