SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Səccad Monadi məhkəməyə çağırılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Səccad Monadi məhkəməyə çağırılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Səccad Monadi Parsabad Məhkəməsinə çağırılıb.

 

Oktyabrın 23-də göndərilən çağırış vərəqəsinə əsasən fəal 5 gün ərzində Parsabad İnqilab Məhkəməsinin 1-ci Şöbəsinə müraciət etməlidir.

 

Çağırış vərəqəsində fəalın hansı səbəbdən çağırıldığı qeyd olunmayıb, yalnız bildirilib ki, Polis İdarəsinin raportu barədə izahat vermək və ittihamların açıqlanması ilə əlaqədar məhkəməyə müraciət edilsin.

 

Qeyd edək ki, Parsabadın Ettelaat Şöbəsi Səccad Monadiyə qarşı uydurma dosye təşkil edib.

 

Sentyabrın 12-də Parsabad Ettelaat Şöbəsinin rəisi Həzrəti də daxil olmaqla, Ettelaat əməkdaşları Səccad Monadinin ata evinə hücum çəkərək onu yaxalamaq istəyiblər, lakin fəal evdə olmadığı üçün bu mümkün olmayıb.

 

Evdə axtarış aparan məmurlar fəala aid kompüter, flash kart, pasport və milli kartı özləri ilə götürüblər.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar