SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Səfiyyə Qarabaği bəraət qazanıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Səfiyyə Qarabaği bəraət qazanıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəal Səfiyyə Qarabaği məhkəmədə “sistemin əleyhinə təbliğat aparmaq” və “milli təhlükəsizliyə qarşı sözləşmə və toplaşma” ittihamları ilə bağlı iş üzrə bəraət qazandığını bildirib.

 

Fəala qarşı ittihamlar Zəncan İnqilab Məhkəməsinin 1-ci Şöbəsi tərəfindən irəli sürülmüşdür.

 

Xanım Səfiyyə Qarabaği mövzu ilə bağlı noyabrın 6-da yazılı bir açıqlama yayıb:

“Bəraət qazandım; bu gün hakim Səyyadinin rəisi olduğu İnqilab Məhkəməsinin 1-ci Şöbəsi mənə qarşı irəli sürülən “sistemin əleyhinə təbliğat aparmaq” və “milli təhlükəsizliyə qarşı sözləşmə və toplaşma” ittihamları ilə bağlı bəraət hökmü çıxarıb.”

 

Mədəni fəalın açıqlamasına görə, məhkəmə hökmündə belə qeyd olunub: “Məhkəməyə görə fiziki və hüquqi şəxslər bəzi qərar və qanunlar, hətta çıxarılan hökmü tənqid edə bilər, bu onların hüququdur. Qeyd olunan dəlillər nəzərdə tutulan şəxsin həqiqətən qanun pozuntusuna yol verdiyini sübut etmədiyi üçün məhkəmə bəraət hökmü çıxarır.”

 

Zəncan sakini olan Səfiyyə Qarabaği qadın hüquqları müdafiəçisi və azərbaycanlı mədəni fəallardan biridir.

 

Fəal bundan əvvəl “sosial şəbəkələr vasitəsi ilə sistemin əleyhinə təbliğat aparmaq”, “fitnə cərəyanını dəstəkləmək” və “yalan məlumat yaymaq” kimi qondarma ittihamlarla Zəncan Ettelaat İdarəsi tərəfindən saxlanmışdır. Onun bu ittihamlarla üzləşməsinin Beynəlxalq Ana Dili Günü saxlanılanları dəstəkləmək, qadın hüquqları pozuntularına etiraz etmək, ölkədə azadlığın olmaması və qadınlar haqda qəbul olunan qanunlara etiraz etmək, siyasi məhbuslara dəstək vermək, ədalətsizlik və ayrıseçkiliyə etiraz bildirmək kimi işlərlə əlaqədar olduğu bildirilib.

 

Səfiyyə Qarabağinin “sosial şəbəkələr vasitəsi ilə sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə bağlı dosyesinə Zəncanın İnqilab Məhkəməsində, “yalan məlumat yaymaq və ictimaiyyəti təşvişə salmaq” ittihamı ilə bağlı olan dosyesinə isə Zəncanın Ümumi Məhkəməsində baxılır.

 

Son illərdə Səfiyyə Qarabağiyə mədəni fəaliyyətlərinə görə İranın təhlükəsizlik və məhkəmə orqanları tərəfindən təzyiq edilir.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar