SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Səhənd Məali məhkəməyə çağırılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Səhənd Məali məhkəməyə çağırılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Səhənd Məali Sarabın İnqilab Məhkəməsinə çağırılıb.

 

Məlumata görə, məhkəmə fevralın 24-də fəal barəsində prokurorun hazırladığı iddianaməni elan edərək ona çağırış vərəqəsi göndərib. İddianamədə ““21 Azər”də (2018-ci il dekabrın 12-i) Sarab şəhərində sistemin əleyhinə təbliğat aparmaq”da günahlandırıldığı qeyd olunub.

 

Səhənd Məali çağırış vərəqəsini aldıqdan sonra məhkəməyə yazılı məktubla müraciət edərək konstitusiyanın 168-ci maddəsinə istinadən məhkəmə iclasının açıq keçirilməsini tələb edib.

 

2018-ci il dekabrın 31-də Sarab şəhərində Səhənd Məali, Vəhid Nurəhmədi, Heydər Müzəyyəni və Məhəmməd Rəncbər təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdır. Fəallar, o cümlədən Səhənd Məali bir neçə gün saxlandıqdan sonra 300 milyon riallıq mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Səhənd Məali bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar