SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Səhənd Məalinin məhkəmə iclası keçirilib – Sarabda

2021.10.20, 07:36
Azərbaycanlı fəal Səhənd Məalinin məhkəmə iclası keçirilib – Sarabda

Gunaz.tv

GünAz TV: Sarabın İnqilab Məhkəməsində azərbaycanlı milli-mədəni fəal Səhənd Məalinin məhkəmə iclası keçirilib.

 

Sarab prokuroru İnqilab Məhkəməsinə təqdim etdiyi dosyedə azərbaycanlı fəalı “bölücü və millətçi qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğat aparmaq”da günahlandırıb.

 

Prokuror məhkəmədən azərbaycanlı fəalın islam cəza qanunlarının 500-cu maddəsini rəhbər tutaraq cəzalandırılmasını istəyib.

 

Təhlükəsizlik qüvvələri iyulun 5-də sarablı fəal S.Məalinin ata evinə hücum çəkərək onu yaxalayıblar. Fəal 9 gün Sarab zindanında saxlandıqdan sonra iyulun 14-də 300 milyon riallıq mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

 

Məlumata görə, təhlükəsizlik qüvvələri məhkəmə hökmü olmadan evə daxil olub, onlar evdə və fəalın atasının iş yerində axtarış aparıb. Axtarış nəticəsində fəalın kompüter və daha bir neçə şəxsi əşyası təhlükəsizlik qüvvələri tərəfindən götürülüb.

 

S.Məalı bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrə təhlükəsizlik qüvvələri tərəfindən saaxlanılıb, həbs cəzasına məhkum edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

 

İranın təhlükəsizlik qüvvələri iyulun 5-i və 6-da keçirilən ənənəvi Babək qalası yürüşü ilə əlaqədar təxminən 80 azərbaycanlı fəalı saxlayıb.  Fəalların əksəriyyəti yaxalanarkən və saxlandıqları müddətdə ruhi və cismi işgəncələrə məruz qalıb.

 

Hazırda Babək qalası yürüşü ilə əlaqədar saxlanılan fəallardan yalnız İbrahim Nuri Tehranın Evin zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır, digər fəallar ağır mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar