SON XƏBƏRLƏR

Azərbaycanlı fəallar Abbas Lisani və Səhənd Məalinin ailələri ilə görüşüblər

2021.10.20, 07:36
Azərbaycanlı fəallar Abbas Lisani və Səhənd Məalinin ailələri ilə görüşüblər

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı bir qrup milli-mədəni fəal siyasi məhbuslar Abbas Lisani və Səhənd Məalinin ailələrini ziyarət ediblər.

 

Görüş hazırda məhkumluq həyatı yaşayan güney azərbaycanlı tanınmış fəal Abbas Lisani və digər fəal Səhənd Məali ilə həmrəylik nümayiş etdirmək, onların son vəziyyətləri və problemləri ilə maraqlanmaq üçün həyata keçirilib.

 

Xatırladaq ki, tanınmış fəal Abbas Lisani cari ilin avqust ayında Ərdəbil İnqilab məhkəməsi tərəfindən saxta və ağır ittihamlarla 8 il həbsə və 2 il Yəzd şəhərinə sürgünə məhkum edilmişdi. Oktyabr ayının əvvəllərində Nasir Ətebbatinin sədrliyi ilə Ərdəbil Apelyasiya Məhkəməsinin 1-ci şöbəsində Abbas Lisaninin kassasiya şikayəti əsasında keçirilmiş iclasda isə fəala qarşı çıxarılmış hökmlər daha da ağırlaşdırılıb. Belə ki, apelyasiya məhkəməsinin qərarı ilə fəala qarşı çıxarılmış hökm 15 ilə qaldırılıb.

 

Bu qərar Azərbaycanda böyük etirazlara səbəb olub. İnsan haqları fəalları onu təhlükəsizlik qüvvələrinin təzyiqilə qəbul edilmiş siyasi və sifarişli hökm adlandırırlar.

 

Sərablı fəal Səhənd Məali isə cari ilin may ayının 2-də, öz iş yerində təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən döyülərək saxlanmışdı. Sərab zindanında saxlanılan fəala qarşı 10 ay həbs cəzası çıxarılıb və o, hazırda məhkumluq dövrünün 6-cı ayındadır.

 

Bundan başqa, Səhənd Məaliyə qarşı digər 2 cinayət işi də açılıb. Onlardan biri “sistem əleyhinə təbliğdir”. Bu ittihamla ona əlavə olaraq 1 il həbs cəzası çıxarılıb.

 

3-cü cinayət işi- yəni təhlükəsizlik qüvvələri əməkdaşlarının şikayəti ilə “öz xidməti vəzifəsini yerinə yetirən dövlət məmuruna qarşı zor tətbiq etmə” ittihamı üzrə açılmış cinayət işində isə güney azərbaycanlı türk fəala daha 1 il həbs və 17 milyon tümənlik cərimə hökmü çıxarılıb.

 

3 həftə öncə 3-cü cinayət işi üzrə Təbrizdə keçirilmiş apelyasiya məhkəməsində Səhənd Məali təhlükəsizlik qüvvələri əməkdaşlarının dediklərinin əsassız olduğunu bildirib. O, bunun üçün məhkəmədən iş yerində olan kameraların çəkdiyi video görüntülərə baxmağı tələb edib. Fəal qeyd edib ki, şikayətçilərin ittihamlarının əksinə olaraq, saxlanılan zaman o, təhlükəsizlik qüvvələri tərəfindən döyülüb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar