SON XƏBƏRLƏR

Azərbaycanlı fəallar ağacların kəsilməsinə bu şəkildə etiraz bildiriblər – Nir şəhərində

2021.10.20, 07:36
Azərbaycanlı fəallar ağacların kəsilməsinə bu şəkildə etiraz bildiriblər – Nir şəhərində

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəallar Təbii Qaynaqlar Həftəsi və Ağac Günü münasibəti ilə Azərbaycan bölgələrində ağacların kəsilməsinə etiraz bildiriblər.

 

Fəallar bu məqsədlə martın 12-də bir araya gələrək Azərbaycanda ətraf mühitin bugünkü vəziyyətinə etiraz bildirib və Ərdəbil-Nir caddəsinin kənarında bir neçə ağac əkiblər.

 

Azərbaycanlı fəallar bölgədə yaşanan ətraf mühit problemi ilə əlaqədar “Gölümüz! indi isə meşələrimiz… Sabah da???” sözü yazılmış parça da nümayiş etdirib.

 

Ötən dekabr ayında İranın şimal bölgəsinin ağac şirkətləri Güney Azərbaycana üz tutaraq müxtəlif növ ağacları dəyər-dəyməzinə alıb öz fabriklərinə daşıdılar. Ağacların kütləvi şəkildə kəsilməsi çoxlarına Urmu gölü böhranını xatırlatdı. Ona görə ki, bu göl də dövlət orqanlarının laqeyd münasibəti nəticəsində ağır böhrana düçar olub. Ətraf mühitlə bağlı oxşar hadisənin Güney Azərbaycanın başqa bir məntəqəsində təkrar olunması soydaşlarımızın nigaranlığına səbəb olub.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar