SON XƏBƏRLƏR

Azərbaycanlı fəallar Babək qalasına toplaşıb, qalaya çox sayda təhlükəsizlik qüvvələri cəlb olunub – VİDEO / GÖRÜNTÜ

2021.10.20, 07:36
Azərbaycanlı fəallar Babək qalasına toplaşıb, qalaya çox sayda təhlükəsizlik qüvvələri cəlb olunub – VİDEO / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: İyunun 17-də Azərbaycan Milli Hərəkatının onlarla fəalı Babək qalasında (Bəzz qalası) bir araya gəlib, yığıncaq zamanı qalaya çox sayda təhlükəsizlik qüvvələri cəlb olunub.

 

Fəalların əksəriyyəti ailə üzvləri ilə qalaya gedib, yığıncağa qatılanların təxminən yarısı qadın olub.

 

Fəallardan biri GünAz TV-yə video və görüntülər göndərərək yığıncaqla bağlı məlumat verib.

 

“Əraziyə çox sayda təhlükəsizlik qüvvələri cəlb olunmuşdur, onlar yığıncaq iştirakçılarına qarşı çox kobud davranırdılar. Təhlükəsizlik qüvvələri hər kəsi videoya çəkirdi, lakin bu kimsəni qorxutmadı. Yığıncaq iştirakçıları heç bir təhdidə baxmadan yığıncaq keçirdilər. Onlar hətta könüllü olaraq kameranın qarşısına keçərək yüksək mübarizə ruhlarını nümayiş etdirdilər”- deyə o bildirib.

 

Babək qalasında belə yığıncaqların  iyulun 1-dək davam edəcəyi gözlənilir.

 

Güney Azərbaycanda hər il iyunun 30-u və iyulun 1-də Azərbaycanın tarixi və milli qəhrəmanı Babək Xürrəmdinin ad günü kimi qəbul olunan tarixdə Babək qalasına yürüş edilir. Fəalların qaladakı yığıncağı həmin mərasimlərə bir neçə gün qalmış baş tutub.

 

VİDEO:

https://www.youtube.com/watch?v=XUbvBwJN7Ps

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar