SON XƏBƏRLƏR

Azərbaycanlı fəallar İbrahim Nuri və Əkbər Cahangiri barəsində çıxarılan həbs cəzası təsdiqlənib – Hökmün təsviri

2021.10.20, 07:36
Azərbaycanlı fəallar İbrahim Nuri və Əkbər Cahangiri barəsində çıxarılan həbs cəzası təsdiqlənib – Hökmün təsviri

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 26-cı Şöbəsi azərbaycanlı milli-mədəni fəallar İbrahim Nuri və Əkbər Cahangiri barəsində çıxarılan məhkəmə hökmünü təsdiqləyib.

 

Bundan öncə Əhər Məhkəməsinin 1-ci Şöbəsi İ.Nurini 6 ay, Ə.Cahangirini isə 4 ay həbs cəzasına məhkum edib.

 

Fəallar “sistemə müxalif olan qrup və təşkilatların xeyirinə olaraq  sistemin əleyhinə təbliğat aparmaq”da ittiham olunub.

 

Apelyasiya Məhkəməsi cinayət məcəlləsinin 455-ci maddəsinin birinci bəndini rəhbər tutaraq müttəhimlərin etirazını rədd edib, məhkəmə hökmünü olduğu kimi qüvvədə saxlayıb.

 

Əhər şəhəri sakinləri İ.Nuri və Ə.Cahangiri 2016-ci il Rəməzan ayının son cümə günündə (Qüds günü) keçirilən aksiyalarda Uyğur, Bayırbucaq və Dağlıq Qarabağ müsəlmanlarına dəstək verdikləri üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Onlar barələrində dosye təşkil olunduqdan sonra vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar