SON XƏBƏRLƏR

Azərbaycanlı fəallar Milad Əkbəri və Əkbər Cahangiri məhkəməyə çağırılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəallar Milad Əkbəri və Əkbər Cahangiri məhkəməyə çağırılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəallar Milad Əkbəri və Əkbər Cahangiri Babək qalası mərasiminə qatıldıqları üçün üzləşdikləri ittihamlarla bağlı məhkəməyə çağırılıb.


Kəleybərin 2 saylı Məhkəməsinin 101-ci Şöbəsi azərbaycanlı fəallardan yanvarın 29-da məhkəməyə müraciət etmələrini istəyib.


“Kəleybər Ettelaat İdarəsinin əleyhinizə olan şikayət və iddiaları ilə əlaqədar məhkəməyə müraciət edin”- deyə fəallara göndərilən çağırış vərəqəsində qeyd olunub.


2017-ci il iyunun 30-da Azərbaycanın tarixi və milli qəhrəmanı Babək Xürrəmdinin ənənəvi ad günü mərasimi üçün Babək qalasına (Bəzz qalası) yürüş edən yüzlərlə mədəni fəal, rejimin Azərbaycan əleyhinə həyata keçirdiyi ayrı-seçkilik siyasətinə etiraz etməklə yanaşı azərbaycanlı siyasi məhbuslar, o cümlədən mühəndis Siyamək Mirzayinin  azadlığa buraxılmasını tələb etmişdilər. M.Əkbəri və Ə.Cahangiri həmin mərasimdə daha bir neçə fəalla birlikdə yaxalanaraq Əhər zindanına aparılmışdır.


Azərbaycanlı fəalların ümumi asayişi pozmaqda ittiham olunduğu bildirilir.


Xəbər verdiyimiz kimi, sözügedən dosye ilə əlaqədar ərdəbilli fəal Murtaza Pərvin də Kəleybər Məhkəməsinin 101-ci Şöbəsinə çağırılıb.

 


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar