SON XƏBƏRLƏR

Azərbaycanlı fəallar ustad Həsən Dərçinin müalicə aldığı xəstəxanaya gedib, onlara görüş icazəsi verilməyib

2021.10.20, 07:36
Azərbaycanlı fəallar ustad Həsən Dərçinin müalicə aldığı xəstəxanaya gedib, onlara görüş icazəsi verilməyib

Gunaz.tv

GünAz TV: Təbrizdə bir qrup azərbaycanlı fəal camə günü səhər saatlarında tanınmış milli-mədəni fəal, musiqi ustadı Həsən Dəmirçinin müalicə aldığı “Ali Nəsəb” xəstəxanasına gedib, lakin onlara görüş icazəsi verilməyib.

 

Bu barədə fəallardan biri GünAz TV-yə məlumat verib. Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri fəalların Həsən bəylə görüşməsinə icazə verməyib.

 

Məlumata görə, yalnız Həsən Dəmirçinin ailəsi, o da müəyyən vaxtlarda və təhlükəsizlik qüvvələri ilə koordinasiya edildikdən sonra onunla görüşə bilir.

 

Babək Dəmirçi (Həsən bəyin oğlu) atasının ümumi vəziyyətinin yaxşılığa doğru dəyişdiyini bildirib.

 

Ürək infarktı keçirən tanınmış fəal may ayının əvəllərində “Ali Nəsəb” xəstəxanasına yerləşdirilib, o ürəyindən cərrahi əməliyyat olunub.

 

Həsən Azərbaycan adı ilə tanınan Həsən Dərmirçi Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

GünAz TV kollektivi böyük ustada şafa diləyir, onun tezliklə  sağalaraq ailəsinə qovuşmasını arzulayır.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar