SON XƏBƏRLƏR

Azərbaycanlı fəallar xəstəxanada müalicə alan Həsən Dəmirçinin görüşünə gediblər – GÖRÜNTÜ

2021.10.20, 07:36
Azərbaycanlı fəallar xəstəxanada müalicə alan Həsən Dəmirçinin görüşünə gediblər – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Təbrizdə bir qrup azərbaycanlı milli-mədəni fəal, musiqi ustadı və tanınmış fəal Həsən Dəmirçini görmək üçün onun  müalicə aldığı “Ali nəsəb” xəstəxanasına gediblər.   

 

Təbriz, Tehran, Urmiyə və s. kimi şəhərlərdən gələn fəallar iyunun 16-da xəstəxanada olublar.

 

Görüşə gələn milli-mədəni fəallar arasında Əkbər Azad, Həmid Şafei, Nasir Xülusi, Xədicə Hejəbri (Turan), Nəsim Sadiqi və s. kimi tanınmış fəallar da olub. Milli-mədəni fəallar ustad Həsən Dəmirçinin görmək üçün bundan əvvəl də dəfələrlə “Ali nəsəb” xəstəxanasında gediblər.

 

Fəalların ustad Həsən Dəmirçinin müalicə aldığı xəstəxanaya dəfələrlə getməsi bir çox cəhətdən əhəmiyyət kəsb edir.

 

Ürək infarktı keçirən tanınmış fəal may ayının əvvəllərində “Ali Nəsəb” xəstəxanasına yerləşdirilib, o ürəyindən cərrahi əməliyyat olunub.

 

Təhlükəsizlik qüvvələri xəstəxanaya müraciət edənlərin heç birinə Həsən Dəmirçi ilə görüş icazəsi vermir. Bu günə qədər yalnız xəstənin ailəsi, o da müəyyən vaxt və şəraitdə onunla görüşə bilib.

 

 

 

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar