SON XƏBƏRLƏR

Azərbaycanlı Gürcüstan prezidentinin müşaviri təyin olunub

2021.10.20, 07:36
Azərbaycanlı Gürcüstan prezidentinin müşaviri təyin olunub

Gunaz.tv
Azərbaycanlı Gürcüstan prezidentinin müşaviri təyin olunub Bu barədə prezident Mixail Saakaşvili sərəncam imzalayıb. Gürcüstanda qeyri-hökümət təşkilatları sektorunun əsas nümayəndələrindən biri olan milliyətcə azərbaycanlı, Mübariz Qarayev, ölkə prezidentinin müşaviri təyin olunub. Gürcüstan kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, bu məsələ ilə bağlı artıq prezident Mixail Saakaşvili sərəncam imzalayıb . Qeyd edək ki, Mübariz Qarayev ixtisasca hüquqşünasdır. O, azərbaycanlı icmasının inkişaf mərkəzinin sədri olub. Həmyerlimiz Gürcüstandakı torpaq islahatları ilə bağlı yerli əhali arasında maarifləndirmə işinin aparılması prosesində iştirak edib. ---------------------------------------------------------------------- Dünya əhalisinin sayı 4 ildən sonra 7 mlrd. həddini keçəcək adamlar.jpg Bakı. Elmin İbrahimov – APA-ECONOMICS. Dünya əhalisinin sayı 1999-cu ildə qeydə alınmış 6 mlrd. nəfərdən 2012-ci ildə 7 mlrd., 2050-ci ildə isə 9,5 mlrd. nəfərə çatacaq. «APA-ECONOMICS»in məlumatına görə, bu barədə ABŞ-ın Əhalinin Siyahıyaalınması Bürosu tərəfindən açıqlanan hesabatda bildirilir. Belə ki, hazırda 6,7 mlrd. olan dünya əhalisinin illik orta artımı 1,2% olduğu halda, bu göstəricinin 2050-ci ilədək iki dəfədən çox azalaraq 0,5%-ə düşəcəyi proqnozlaşdırılır. Proqnozlara görə, qarşıdakı 30 il ərzində Hindistan Çini ötərək dünyanın ən çox əhlisi olan ölkəsi statusuna sahib olacaq. Eyni zamanda, dünya üzrə əhalinin yaşlı hissəsinin və orta ömrün artacağı gözlənilir. Xatırladaq ki, dünya əhalisinin sayı 1800-cü ildə 1 mlrd., 1930-cu ildə 2 mlrd-a çatdığı halda, ikinci dünya müharibəsindən sonra yüksək sıçrayışla 3 dəfədən çox artıb. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar