SON XƏBƏRLƏR

Azərbaycanlı idmançı ermənilərin Tehranda Türkiyə əleyhinə aksiya planı haqda xəbərdarlıq mesajı verib– VİDEO

2021.10.20, 07:36
Azərbaycanlı idmançı ermənilərin Tehranda Türkiyə əleyhinə aksiya planı haqda xəbərdarlıq mesajı verib– VİDEO

Gunaz.tv

GünAz TV: Ermənilərin aprelin 24-də Tehranda Türkiyə səfirliyi qarşısında planlaşdırdığı aksiya güney azərbaycanlıların diqqət mərkəzindədir.

 

Son məlumata görə, tanınmış azərbaycanlı idmançı Mustafa Qulizadə bir video yayaraq Türkiyə səfirliyi qarşısında aksiya keçirmək istəyən ermənilərə xəbərdarlıq edib.

 

Soydaşımız ermənilərin Dağlıq Qarabağ, xüsusi ilə də Xocalıda törətdikləri cinayətlər, həmçinin Güney Azərbaycanda yaşanan tarixi “Ciloluq” faciəsini xatırladaraq aksiya keçiriləcəyi təqdirdə səfirliyin qarşısında insan zənciri yaradılacağını diqqətə çatdırıb.

 

Mustafa Qulizadənin bu barədə açıqlamasını öz dilindən olduğu kimi dinləyə bilərsiniz.

 

https://www.youtube.com/watch?time_continue=1&v=hg0fiObcEHo

 

 

Gözlənilən aksiyanın qarşısını almaq məqsədi ilə ötən günlərdə azərbaycanlı fəallar imzatoplama kampaniyası keçirərək planlaşdırılan yığıncağın icazəsinin ləğv olunmasını tələb etmişdilər. Kampaniyaya qoşulanlar arasında Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur və Urmiyə Şəhər Şurasının üzvü Murtaza Piri də olub.

 

1915-ci il hadisələrini sözdə soyqırım kimi qəbul edən ermənilər hər il aprelin 24-də Türkiyənin Tehrandakı səfirliyi qarşısında geniş etiraz aksiyası keçirir. Qondarma soyqırım bəhanəsi ilə “Türkiyəyə ölüm”, “türkə ölüm” və s. kimi şüarlar səsləndirən ermənilər İranın rəsmi icazəsi ilə türklərə qarşı belə bir hərəkətə əl atır. Bu o halda baş verir ki, İran  rejimi azərbaycanlılara Dağlıq Qarabağla bağlı hər hansı tədbir keçirməyə heç bir şəkildə icazə vermir.

 

Ermənistan ordususunun Dağlıq Qarabağdakı cinayətləri, erməni daşnakları və ciloların ötən əsrin əvvəllərində Urmiyə, Xoy və Salmasda törətdikləri faciə hələ acı xatirə kimi yaddaşlarda yaşadığı bir vaxtda ermənilərin islam hökuməti bayrağı altında türklərə qarşı aksiya keçirməsi şübhəsiz ki, Güney azərbaycanda bir çox etirazlara səbəb olur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar