SON XƏBƏRLƏR

Azərbaycanlı ixtiraçı: ““Traxtur” klubunun məzlum səsini dünyaya çatdıracam”

2021.10.20, 07:36
Azərbaycanlı ixtiraçı: ““Traxtur” klubunun məzlum səsini dünyaya çatdıracam”

Gunaz.tv

GünAz TV: Azərbaycanlı məşhur ixtiraçı Sirus Paledi Təbrizin “Traxtur” futbol klubunun hüququnu müdafiə etmək məqsədi ilə FİFA-nın rəisi və hakimlər komitəsinin sədri ilə görüşücəyini bildirib.

 

Sirus Paledi, idman yarışları üçün nəzərdə tutulmuş “ağıllı” hakimlik sisteminin (“Paledi sistem”) ixtiraçısıdır. O super liqa yarışlarının son görüşlərində “Traxtur”a qarşı qurulan ssenari və hakimlərin qərəzli mövqeyindən şikayətlənir.

 

“Çox təəssüflər olsun ki, hər zaman qeyri-adi amillər “Traxtur”un çempion olmasına mane olur. Lakin bu dəfə məsələ fərqlidir, artıq “Traxtur” klubunun dünya futbolu üzrə bir elmi nümayəndəsi var. Bu nümayəndə klubun məzlum səsini dünya səviyyəsində futbolla bağlı məsuliyyət daşıyan şəxslərə çatdırmalıdır.”- deyə o bildirib.

 

Azərbaycanlı ixtiraçı sözlərinin davamında “Fars” xəbər agentliyinə belə deyib: “Kluba qarşı ssenari və sözləşməni FİFA-nın səlahiyyətli şəxslərinə çatdırmağı özümə borc bilirəm. Bu barədə hər kəs yeni sənəd və material təqdim edə bilərsə, xahiş eliyirəm [email protected] Email adresinə göndərsin.”

 

Sirus Paledi ixtira etdiyi sistemin birinci Təbriz, Urmiyə və ya digər Azərbaycan şəhərlərində işə salınacağını diqqətə çatdırıb.

 

O ixtira etdiyi sistemin “Traxtur” adı ilə təqdim olunması barədə də danışıb. ““Traxtur” klubunun sahibi geniş dünya görüşünə malik olduğu üçün bizi dəvət etmişdir. Bu barədə müzakirələrimiz də olub. Mən şəxsən bunu istəyirəm, ona görə ki, “Traxtur” bizim ürəyimizdir. Lakin bu istiqamətdə müəyyən problemlər var, bu iş üçün həmin problemlər aradan qalxmalıdır.”- deyə o bildirib.

 

“Paledi sistem” Virtual Köməkçi Hakim (VAR) texnologiyasının inkişaf etmiş və güclü formasıdır. Bu sistem 2016 və 2017-ci illərdə beynəlxalq səviyyədə bir neçə medala layiq görülüb. 2018-ci ilin ilk günlərində Təbrizin səhənd stadionunda “Paledi sistem”indən uğurlu şəkildə istifadə olunub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar