SON XƏBƏRLƏR

AZƏRBAYCANLI JURNALİSTLƏR İSTANBULDA TÜRK DÖVLƏTLƏRİ JURNALİSTLƏRİNİN BİRLİYİNİ YARATMAQ MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİRLƏR

2021.10.20, 07:36
AZƏRBAYCANLI JURNALİSTLƏR İSTANBULDA TÜRK DÖVLƏTLƏRİ JURNALİSTLƏRİNİN BİRLİYİNİ YARATMAQ MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİRLƏR

Gunaz.tv
AZƏRBAYCANLI JURNALİSTLƏR İSTANBULDA TÜRK DÖVLƏTLƏRİ JURNALİSTLƏRİNİN BİRLİYİNİ YARATMAQ MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİRLƏR Türkiyənin Mətbuatda Reklam Şurasının dəvəti ilə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbula səfər edib. Dəvətdə məqsəd türk ölkələrinin jurnalist təşkilatları ilə əlaqələri genişləndirməkdir. «Turan» agentliyinin məlumatına görə, Türkiyənin Qəzetçilər Cəmiyyətinin sədri Orxan Erinclə görüşdə türkdilli dövlətlərin jurnalist təşkilatları birliyinin yaradılması məsələsi müzakirə edilib. Təsisat sənədlərinin layihəsini Ə.Amaşov Türkiyə tərəfinə təqdim edib. O.Erinc bildirib ki, həftənin sonunda Qəzetçilər Cəmiyyətinin idarə heyəti sənədə baxacaq və çox güman ki, onu təqdir edəcək. Sonra sənədin birgə imzalanması üçün vaxt və yer təyin olunacaq. İnformasiya inteqrasiyası və türk dövlətlərinin mətbuat birliyinin yaradılması ideyası Bakıda türkdilli xalqların sonuncu qurultayında, eyni zamanda Azərbaycan və türk jurnalistlərinin bu ilin yazında keçirilən ikinci konfransında səslənib. Birliyin yaradılması üçün başqa türk dövlətlərinin jurnalist təşkilatları ilə də danışıqlar aparılır. Mətbuat Şurası idarə heyətinin üzvləri Mehman Əliyev və Vüqar Səfərlinin də daxil olduğu nümayəndə heyəti hələ Türkiyədədir. Heyətin Türkiyənin digər jurnalist təşkilatlarının rəhbərləri ilə görüşləri nəzərdə tutulur. Türkiyə Qəzetçilər Cəmiyyəti 3 min 439 jurnalisti birləşdirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar