SON XƏBƏRLƏR

Azərbaycanlı komediya aktyoru Həsən Ruhaninin anti-türk hərəkətini belə təsvir etdi – VİDEO

2021.10.20, 07:36
Azərbaycanlı komediya aktyoru Həsən Ruhaninin anti-türk hərəkətini belə təsvir etdi – VİDEO

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı komediya aktyorlarından biri yaydığı bir videoda İran prezidenti Həsən Ruhaninin Təbrizdən Tehrana yola salınması və onun sərgilədiyi anti-türk mövqeyini özünəməxsus şəkildə təsvir edib.

 

Həsən Ruhaninin Təbrizdən qəsdən fərqli şəkildə yola salınmasına etiraz edən aktyor onun təhsil səviyyəsini də sual altına alıb.

 

O bildirib ki, “hər bir prezident, belə bir vəzifəyə başlamadan ən azı iki sinif dərs oxumalıdır. O doktor ki, Azərbaycan geyimi ilə kürd giyiminin fərqini bilmir, onun heç bir dəyəri yoxdur.

 

Videoda həmçinin Həsən Ruhaninin qəsdən görməzdən gəldiyi İranda 40 milyonluq türk toplumuna da işarə olunub. Bildirilib ki, kürd musiqinin Şərqi Azərbaycan Əyalətinin yerli musiqisi adına təqdim olunması heç də təsadüfi deyil.

 

https://www.youtube.com/watch?time_continue=16&v=lj_vcfjvpbA

 

 

Ötən həftə Təbrizdə səfərdə olan İran prezidenti Həsən Ruhaninin rəsmi İnstaqram səhifəsi və xəbər agentliyi kürd musiqisi haqda görüntü və məlumat yayaraq prezidentin bu musiqi ilə yola salındığını və onun Şərqi Azərbaycanın yerli musiqisi olduğunu bildirib.

 

Həsən Ruhani 5 il əvvəl Urmu gölünün canlandırılması və türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılması haqda Azərbaycan türk millətinə söz vermişdir. Verdiyi vədlərin heç birini yerinə yetirməyən H.Ruhani son səfərində də oxşar vədlər verməyə çalışıb, lakin onun səyi nəticə verməyib, yerli əhalinin kəskin etirazı ilə üzləşib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar