SON XƏBƏRLƏR

Azərbaycanlı mədəni fəal İbrahim Əhmədi dünyasını dəyişib

2021.10.20, 07:36
Azərbaycanlı mədəni fəal İbrahim Əhmədi dünyasını dəyişib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Miyana şəhərinin orta məktəblərində ədəbiyyat üzrə müəllimlik edən, azərbaycanlı mədəni fəal İbrahim Əhmədi dünyasını dəyişib.

 

Şair, tənqidçi və türk dili üzrə tədrisçi azərbaycanlı mədəni fəalın dünən fevralın 6-da (bəhmənin 17-də) ürəyi dayanıb.

 

Qeyd edək ki, adını çəkdiyimiz fəal keçən illərdə milli-mədəni zəmində geniş fəaliyyət göstərib.

 

Onun dəfn mərasimi bu gün Miyanada keçiriləcək. Mərasimin İsmail İmamzada hərəmindən “Qolzar-i mömin” tərəfinə keçiriləcəyi bildirilib.

 

ALLAH rəhmət eləsin

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar