SON XƏBƏRLƏR

Azərbaycanlı millət vəkili: “Əhali gün çörəyinə möhtac olduğu halda, mən beytülmal pulu ilə səfər etmərəm”

2021.10.20, 07:36
Azərbaycanlı millət vəkili: “Əhali gün çörəyinə möhtac olduğu halda, mən beytülmal pulu ilə səfər etmərəm”

Gunaz.tv

GünAz TV: Təbriz, Azərşəhr (Tufarqan) və Üskünün İran parlamentindəki millət vəkili Məhəmməd İsmayıl Səidi dünya çempionatını izləmək üçün Rusiyaya səfər etməkdən imtina edib.

 

Millət vəkili bu qərarını əhalinin yoxsul vəziyyətdə yaşaması ilə izah edib.

 

“Parlamentin komissiyasında bir neçə millət vəkilinin 2018-ci il dünya çempionatını izləmək üçün Rusiyaya səfər etməsi ilə bağlı püşk atılıb, püşkatmada qonşu ölkəyə səfər edəcək millət vəkillərinin adı məlum olub, mənim də adım həmin siyahıdadır. Nəticə elan edildikdən  dərhal sonra mən səfərdən imtina etdiyimi açıqladım.

 

Əhalinin güzəranı yaxşı deyil. Belə vəziyyətdə beytülmalı xaricə səfər etmək və futbol izləməyə xərcləmək düzgün deyil. Mən bir millət vəkili kimi özümə bu haqqı verə bilmərəm. İnsanların bir çoxu pis vəziyyətdə yaşayır, onlar bəzi hallarda gün çörəyinə belə möhtacdır. Bu vəziyyətdə beytülmalı dünya çempionatını izləmək kimi yolda sərf etmək qəbuledilməzdir”- deyə o bildirib.

 

Azərbaycanlı millət vəkili adları siyahıda olan həmkarlarının mövqeyindən xəbərsiz olduğunu desə də, ondan başqa siyahıda olan bütün deputatların Rusiyaya səfəri gözlənilir.

 

Mətbuatda yayılan məlumata görə, Parlamentin Mədəniyyət Komissiyası tərəfindən Gərmsarın millət vəkili Qulamrza Katib, Tehranın millət vəkili Pərvanə Sələhşuri, Tehranın millət vəkili Məhəmmədəli Vəkili və Təbrizin millət vəkili Məhəmməd İsmayıl Səidi, həmçinin İdman Komissiyası tərəfindən Abadənin millət vəkili Rəhim Zare, Əhvazın millət vəkili Homayun Yusifi və Sarinin millət vəkili Əliəsğər Yusifnəjadın adları  Rusiyaya səfər üçün Gənclər və İdman Nazirliyinə təqdim olunub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar