Azərbaycanlı millət vəkili İranın təhsil nazirinə xitabən dedi: Dərsliklərdə türkə qarşı hərəkətlərinizə son verin!

04.10.2018, 12:51

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri dərsliklərdə türklərə qarşı yer verilən mətləblərə etiraz bildirərək  nazirdən bu kimi hərəkətlərə son verilməsini tələb edib.

 

O bu barədə oktyabrın 3-də Qərbi Azərbaycan Millət Vəkilləri Birliyinin üzvləri ilə İranın təhsil naziri Məhəmməd Bəthayi arasında keçirilən görüşdə danışıb. Görüşün Səs Faylı Güney Azərbaycanın Teleqram kanallarında geniş şəkildə yayılıb.

 

“Əhali sizdən rus dilini təhsil sisteminə daxil etdiyinizə görə narahatdır. Biz hələ konstitusiyanın 15-ci maddəsini icra etməmişik. Həmçinin bizim ruslardan yaxşı xatirəmiz də yoxdur, hələ də ruslarla şimal-qərbdəki (Azərbaycan) müharibənin acı xatirələri canlanır.

Əhali deyir ki, 40 ildən sonra hələ də ana dili tədris olunmur, nazir isə məktəblərdə rus dilinin tədris olunmasından danışır. Biz sizin bu sözlərinizə görə əhalinin suallarına cavab verə bilmirik.

Siz özünüz söz verib və elan etdiniz ki, ana dilinin öyrənilməsi kitabları hazırdır, lakin “Mədəniyyət İnqilabı Ali Şurası” buna qarşı çıxır. Biz də bu kitabların yeni dərs ilində məktəblərdə tədris olunmasını gözləyirdik.

Qövmlərlə bağlı hərhansı problem varsa, bu onların tələblərinin təmin olunmaması ilə bağlıdır. Qövmlər ölkə üçün təhdid deyil, hətta fürsət sayılır. Bu gün Hindistan kimi ölkədə müxtəlif şəhər və əyalətlərdə bir neçə dil tədris olunur.

İkidilli məntəqələrdə ana dilinin tədris olunmaması təhsil səviyyəsinin aşağı düşməsinə səbəb olub. Ona görə də fars dilinin öyrənilməməsi ilə bağlı nigaranlığa səbəb yoxdur, siz uşaqların ana dilinin tədris olunmaması üçün nigaran olmalısınız”- deyə millət vəkili sözlərinin bir hissəsində təhsil nazirinə xitabən deyib.

 

H.Bahaduri dərsliklərdə türklərə qarşı yer verilən mətləblərə etiraz bildirərək antitürk və türkfobiya hərəkətlərinə son verilməsini tələb edib.

“Dərsliklərdə tarixi mövzularda da problemlər var. İranda islamdan əvvəl və islamdan sonrakı əksər hökumətlər türklərdən ibarət olub. Nə üçün dərsliklərdə onlardan təhlükəli və pis bir imic yaradılmağa çalışılır?! Halbu ki, türklər tarix boyu yüksək mədəniyyətə malik olublar”- deyə millət vəkili vurğulayıb.

 

İranın təhsil naziri Məhəmməd Bəthayi iyulun 14-də qeyri-fars dillərində dərs keçməyin təhlükəli və qadağan olduğunu vurğulayaraq məktəblərdə dərslərin fars dilində keçirilməsi məsələsini “sistemin qırmızı xətti” adlandırmışdır.

 

Məktəblərdə rus dilinin tədris olunmasını istəyən Məhəmməd Bəthayi ötən aylarda Rusiya məktəblərində fars dilinin tədris olunması barədə Rusiya rəsmilərinə təklif də irəli sürüb.

 

İran rejimi ölkədə xarici dillərin tədrisinə külli miqdarda vəsait xərclədiyi halda, əhalinin təxminən 40 faizini təşkil edən Azərbaycan türklərinin ana dilinin tədrisinə icazə vermir. Bunu, rejimin irqçi siyasətindən başqa heç bir məntiqlə izah etmək mümkün deyil.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İran Azərbaycana nota verdi

2023-04-01

gun az article

Ordumuzun Aprel qələbəsindən 7 il ötür

2023-04-02

gun az article

Paşinyanın xanımı: “Qırx dörd günlük müharibədə 11 min nəfər fərarilik etdi”

2023-04-02

gun az article

İranda güclü zəlzələ olub

2023-04-02

gun az article

2026-cı ilə qədər Qarabağdakı layihələrə ayrılan investisiyalar 10 milyard dollara çatacaq

2023-04-01

gun az article

ABŞ Donanması İrana görə qərar verdi

2023-04-01

gun az article

Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb

2023-04-01

gun az article

İrandan Azərbaycana 13 kq-dan çox narkotik gətirilməsinin qarşısı alınıb

2023-04-01

gun az article

İranda inflyasiya kəskin artacaq

2023-04-01

gun az article

İranda dollar yenidən bahalaşdı

2023-04-01

gun az article

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub

2023-04-01

gun az article

İranda universitet müəllimləri işdən qovuldu

2023-04-01

gun az article

Azərbaycanın nümayəndə heyəti Qazaxıstanda səfərdədir

2023-04-01

gun az article

Ərdəbildə meşələrimiz məhv edilir

2023-04-01

gun az article

Ermənistanda hərbçilər arasında atışma olub, ölən var

2023-04-01

gun az article

Zakir Həsənov müşavirə keçirib, təxribatların qarşısının alınması barədə tapşırıqlar verib

2023-04-01

gun az article

Soyqırımı barədə əsl həqiqətlər Ümummilli Lider Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb

2023-04-01

gun az article

“Ukraynadakı münaqişə 2027-yə qədər davam edə bilər”- Şolts

2023-04-01

gun az article

Ağ Ev: Rusiya ABŞ diplomatlarının saxlanılan jurnalistlə görüşünə mane olur

2023-04-01

gun az article

BMT nüvə silahından istifadə riski ilə bağlı həyəcan təbili çalır

2023-04-01