SON XƏBƏRLƏR

Azərbaycanlı millət vəkili: Təhqir edənlərin yerinə “Traxtur” tərəfdarları saxlanılır – VİDEO

2021.10.20, 07:36
Azərbaycanlı millət vəkili: Təhqir edənlərin yerinə “Traxtur” tərəfdarları saxlanılır – VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Mərənd şəhərinin İran parlamentindəki millət vəkili Məhəmməd Həsənnəjad hökumətin qeyri-fars millətlərinə münasibətini kəskin tənqid edib.

 

O bu barədə bazar günü parlamentdəkı çıxışında Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi və İran Teleradio Şirkətinə xəbərdarlıq edərək bildirib ki, ““İstiqlal” və “Perspolis” komandaları digər şəhər komandaları ilə qarşılaşdıqda, qövmlər ən pis təhqirlərə məruz qalır. Lakin təhqir edənlərə qarşı tədbir almaq yerinə “Traxtur” tərəfdarları saxlanılır. “Perspolis”-“Məscid Süleyman” görüşündə də minlərlə futbol tamaşaçısı söyüş və təhqirlər səsləndirirdi. Amma təhlükəsizlik qüvvvələri Bəxtiyari geyimi geyənlərə hücum etdi, Teleradio Şirkəti isə Bəxtiyari paltarını önə çəkdi. Bütün bunlar milli birlik və ölkənin ərazi bütövlüyünü təhlükə ilə üz-üzə qoyur”- deyə o bildirib.

 

Millət vəkili Gənclər və İdman Nazirliyinin paytaxt komandalarına milyardlar tümən yardım etdiyinə də etiraz bildirib.

“Nazir fəxrlə “İstiqlal” və “Perspolis”in bütün borclarını ödədiklərini deyir. Amma həmin nazir ölkənin milli komandasının baş məşqçisi Karluş Keyroşa vermək üçün pul olmadığını elan edir. Mərənddə bir güləş döşəyi almağa imkan yoxdur, lakin “İstiqlal” və “Perpolis”ə yüzlərlə milyard tümən vəsait xərclənir”- deyə o qeyd edib.

 

M.Həsənnəjad söhbətinin başlanğıcında Urmu gölü böhranına da toxunub. O bildirib ki, “Urmu gölü təbliğat və səs qazanmaq üçün bir vasitədir. Bu səbəbdən göl artıq unudulub və demək olar ki, quruyub.”

Urmu gölü böhranı ilə əlaqədar Ətraf Mühit Təşkilatı və digər icra orqanlarını tənqid edən millət vəkili İran prezidenti Həsən Ruhanini gölün canlandırılması ilə bağlı Azərbaycan əhalisinə verdiyi vədi yerinə yetirməyə çağırıb.

 

https://www.youtube.com/watch?time_continue=38&v=ajjYnaRinbY

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar