SON XƏBƏRLƏR

Azərbaycanlı millət vəkili “Traxtur” komandasından uzaqlaşdırılan futbolçunun şikayətinə münasibət bildirib

2021.10.20, 07:36
Azərbaycanlı millət vəkili “Traxtur” komandasından uzaqlaşdırılan futbolçunun şikayətinə münasibət bildirib

Gunaz.tv

GünAz TV: Rəştdə bu şəhərin “Sepid rud” komandası ilə keçirilən görüşdə şübhəli hərəkətlərə yol verən “Traxtur” komandasının qapıçısı Möhsün Fruzanın iki deputat, o cümlədən Urmiyənin millət vəkili Nadir Qazipurdan şikayət etdiyi bildirilir.

 

Nadir Qazipur Güney Azərbaycanın yerli mətbuat orqanlarından birinə verdiyi müsahibədə bu məsələyə münasibət bildirib.

 

“Belə bir şikayət barədə məlumatım yoxdur. Lakin Möhsün Fruzan konstitusiyanın 44-cü maddəsinə əsasən şikayət edə bilər, bu onun haqqıdır. Hətta mən onun şikayət etməsindən çox sevinirəm.

Biz baş verən hadisə ilə bağlı məktub yazmışıq və öz sözümüzün arxasındayıq. Məhkəmə kimin haqlı olduğunu üzə çıxaracaq. Biz qanuna tabe adamlarıq.”- deyə o bildirib.

 

Millət vəkili “Xüne be xune” klubunun sahibi cənab Həsənzadənin Möhsün Fruzan haqda açıqlaması və müəyyən şübhələrə görə onunla əlaqəsini kəsdiyi barədə bildirib ki, Fruzan bir idmançıdır, onun pəhləvana məxsus əqidəsi olmalıdır. Pəhləvan sədaqətli və dürüst olar. Fruzan “Sepir rud”la görüşdən əvvəl iki iş görməli idi. Birincisi ailəsindən mərcləşmədə iştirak edən var idisə (futbol oyunları ilə bağlı hər zaman mərcləşməyə qatıldığı deyilən Fruzanın qardaşı nəzərdə tutulur), ona deməli idi ki, bu oyunda mərcə girmə. Fruzan bu şəkildə öz şəxsiyyətini göstərə bilərdi. İkincisi o məşqçilərinə deyə bilərdi ki, rəqib komanda yerlim sayıldığı üçün mən bu oyunda iştirak etməsəm daha yaxşı olar. Hesab eliyirəm ki, o belə bir mövqe sərgiləməli idi.

 

Millət vəkili sözlərinin davamında gənclər və idman nazirinə müraciətindən danışıb. “Mən futbol üzrə mütəxəssis deyiləm, ona görə də qapıçının hərəkətləri barədə heçnə deyə demirən. İdman nazirindən buraxılan qolların araşdırılması və bu məsələnin Futbol Federasiyasının Əxlaq Komitəsində müzakirə olunmasını istəmişəm. Sözlərimin arxasındayam, lakin bizim iddiamızın yanlış olduğu üzə çıxarsa, o zaman bütün bu sözlərin şayiədən ibarət olduğunu qəbul edəcəyik. Əks halda Möhsün Fruzanın ən ağır şəkildə cəzalandırılmasını tələb edəcəyik.”- deyə Nadir Qazipur vurğulayıb.

 

Möhsün Fruzan

 

Aprelin 12-də 18-ci super liqa yarışlarının yekunlaşmasına 6 oyun qalmış Rəştdə “Traxtur”la “Sepid rud” arasında görüş baş tutub. Oyun zamanı Möhsün Fruzanın şübhəli hərəkətləri bütün tamaşaçılar, hətta ekspertlər tərəfindən müşahidə olunub. Oyunun nəticəsi ilə bağlı mərcə girdiyi və bu yolla külli miqdarda pul qazandığı deyilən Möhsün Fruzanın şübhəli şəkildə 3 qol buraxması hər kəsi təəccübləndirib. Bundan əlavə, oyunu idarə edən hakim də qərəzli mövqe sərgiləyərək “Traxtur”un əleyhinə bir neçə yanlış qərar verib. Bütün bunlar 18-ci super liqa yarışlarının yekunlaşmasına 6 görüş qaldığı bir vaxtda baş verib və “Traxtur”un böyük hesabla “Sepid rud”a uduzmasına səbəb olub. Azərbaycan komandası həmin görüşə qədər turnir cədvəlinə liderlik edən “Perspolis”dən yalnız 2 xal geridə olub, lakin bu oyundan sonra hesab arasındakı fərq daha da artıb. “Traxtur” klubunun məsulları və komanda tərəfdarları bütün bunları Təbriz klubuna qarşı öncədən planlaşdırılmış bir ssenari kimi qəbul edir. Həmin günlərdə “Perspolis”in “Saypa” komandasına vurduğu qollar da olduqca şübhəli idi, bu hadisə gizli ssenarinin olduğuna dair ehtimalı daha da gücləndirmiş oldu. Baş verən hadisələri birlikdə analiz edən zaman planın “Perspolis”i super liqanın çempionu etməyə yönəldiyi məlum olur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar