SON XƏBƏRLƏR

Azərbaycanlı milli-mədəni fəal Əmir İbrahimlu müvəqqəti olaraq azadlığa buraxılıb

2021.10.20, 07:36
Azərbaycanlı milli-mədəni fəal Əmir İbrahimlu müvəqqəti olaraq azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Yanvarın 17-də Urmiyədə bu şəhərin “Şəhrdari” voleybol komandası ilə Amolun “Kalə” komandasının görüşü zamanı yaxalanan Əmir İbrahimlu bir gün saxlandıqdan sonra sərbəst buraxılıb.


Urmiyəli fəal təhlükəsizlik qüvvələri tərəfindən saxlandıqdan sonra Polis İdarəsinin 14-cü bölməsinə aparılmışdır.


Fəal 24 saat saxlandıqdan sonra Urmiyənin İnqilab Məhkəməsinə aparılıb. Məhkəmədə “komanda tərəfdarlarını təhrik etməklə ümumi asayişi pozmaq”da günahlandırılan fəal yanvarın 18-də 15 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.


Ə.İbrahimlu ötən iyun ayında (xordad ayı) Ümumdünya Ətraf Mühit Gününə bir gün qalmış daha 20 fəalla birlikdə Urmiyənin “Ellər bağı” parkında yaxalanıb. O 2015-ci ildə də “Şəhrdari” ilə “Bank-i Sərmayə”nin görüşü zamanı Qədir stadionunda saxlanılıb. Fəal hər ikisində də məhkəmənin bəraət hökmü ilə sərbəst buraxılıb.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar