SON XƏBƏRLƏR

Azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri Ettelaat İdarəsi tərəfindən saxlanılmaqla təhdid edilib

2021.10.20, 07:36
Azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri Ettelaat İdarəsi tərəfindən saxlanılmaqla təhdid edilib

Gunaz.tv

GünAz TV: Əhər şəhərinin Ettelaat İdarəsi azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri və qardaşı Fərəc Nuriyə Babək qalası mərasiminə qatılmaqla bağlı ciddi xəbərdarlıq edib.

 

Məlumata görə, iyunun 24-də İ.Nuriyə Ettelaat əməkdaşları tərəfindən zəng edilib, lakin o telefona cavab vermədiyi üçün aralarında söhbət olmayıb. Bundan sonra məmurlar onun qardaşı Fərəcin iş yerinə müraciət edərək ona  şifahi olaraq bildiriblər ki, “sən və qardaşın iyulun 5 və 6-da Babək qalasında keçiriləcək mərasimə qatılmamalısınız, əks halda Ettelaat tərəfindən saxlanılacaqsınız.”

 

Bir gün sonra iyunun 25-də isə yerli vaxtla saat 10 radələrində Əhər Ədliyyə Şöbəsinin hökmləri icra edən bölümünün məmurları İ.Nurinin ata evinə müraciət edərək onu yaxalamaq istəyiblər, lakin azərbaycanlı fəal evdə olmadığı üçün onu yaxalamaq mümkün olmayıb.

 

Məlumata görə, hökmləri icra edən bölümünün məmurları İ.Nurini barəsində çıxarılan 6 aylıq həbs cəzasının icrası üçün yaxalamaq istəyiblər. Azərbaycanlı fəal 2016-cı ildə Qüds gününə (İranda belə adlanır) bir gün qalmış Dağlıq Qarabağ, Bayırbucaq və uyğur müsəlmanlarına dəstək nümayiş etdirdiyi üçün məhkəmə tərəfindən həbs cəzasına məhkum edilib. Həmin ittihamla əlaqədar digər azərbaycanlı fəal Əkbər Cahangiri 4 aylıq həbs cəzasını çəkmək üçün mayın 1-də Əhər zindanında həbs edilib.

 

Azərbaycanlı milli-mədəni fəal İ.Nuri bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar