SON XƏBƏRLƏR

Azərbaycanlı milli-mədəni fəal Məhəmməd Xakpur Ərdəbil Məhkəməsinə çağırılıb

2021.10.20, 07:36
Azərbaycanlı milli-mədəni fəal Məhəmməd Xakpur Ərdəbil Məhkəməsinə çağırılıb

Gunaz.tv

GünAz TV: Babək qalası yürüşündə saxlanılan fəallardan Məhəmməd Xakpur Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsinə çağırılıb.

 

Çağırış vərəqəsinə əsasən fəal 5 gün ərzində məhkəməyə müraciət etməlidir.

 

Məhkəmə fəalın ittihamı və çağırışın səbəbini açıqlamayıb. Çağırış vərəqəsində yalnız “sizin əleyhinizə edilən şikayətə baxılması üçün şöbəyə müraciət edin” sözü yazılıb.

 

Məhəmməd Xakpur iyulun 5-də Babək qalası mərasimində yaxalanaraq Əhər şəhərinin təcridxanasına aparılıb və 3 gün saxlandıqdan sonra sərbəst buraxılmışdır. Fəal saxlandığı zaman digər azərbaycanlı fəallar kimi təhlükəsizlik qüvvələri tərəfindən vəhşicəsinə döyülüb.

 

Babək qalası yürüşü zamanı qalada və Azərbaycanın müxtəlif şəhərlərində təxminən 80 nəfər milli-mədəni fəal İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdır.

 

Məhəmməd Xakpur tanınmış azərbaycanlı fəallardan biridir. O Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar