SON XƏBƏRLƏR

Azərbaycanlı milli-mədəni fəal Muctaba Pərvin müvəqqəti olaraq azadlığa buraxılıb

2021.10.20, 07:36
Azərbaycanlı milli-mədəni fəal Muctaba Pərvin müvəqqəti olaraq azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Oktyabrın 9-da məhkəmə hökmü ilə təhlükəsizlik qüvvələri tərəfindən Ərdəbildə tutulan azərbaycanlı milli-mədəni fəal Muctaba Pərvin bir neçə saat saxlandıqdan sonra müvəqqəti olaraq sərbəst buraxılıb.

 

Fəal Ərdəbil Məhkəməsinin 12-ci şöbəsində ittihamları elan olunduqdan sonra maaş qəbzi və 15 milyon tümənlik mülki vəsiqə qarşılığında azad edilib.

 

Fəalın ümumi asayişi pozmaq və sistemin əleyhinə təbliğat aparmaqda ittiham olunduğu bildirilir. Lakin o irəli sürülən ittihamları rədd edərək bu barədə hazırlanan sənədi imzalamaqdan imtina edib.

 

Təhlükəsizlik qüvvələri tərəfindən yaxalanan fəal 4,5 saat sorğu-suala tutulduqdan sonra məhkəməyə aparılıb.

 

Bundan əvvəl Muctaba Pərvinin qardaşları olan Murtaza və Mustafa Pərvin də təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıblar. Təhlükəsizlik orqanları hətta fəalların peşə fəaliyyətinə də maneçilik yaradır. Misal üçün, Mustafa Pərvinin “Şirvan dərəsi” adlı rəsm sərgisi təhlükəsizlik orqanlarının müdaxiləsi ilə ləğv edilib, onun keçirilməsinə icazə verilməyib.

 

Muctaba Pərvin bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar