GünAz TV: 2018-ci ilin son günlərində saxlanılan Əhməd Təqəvi 1 milyard riallıq mülki vəsiqə qarşılığında müvəqqəti olaraq Zəncan zindanından sərbəst buraxılıb.
Təqaüdə çıxmış müəllim 2018-ci il dekabrın 24-də təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. Onun 19 gün saxlandıqdan sonra yanvarın 12-də müvəqqəti azadlığa buraxıldığı bildirilir.
Əhməd Təqəvi yaxalandıqdan sonra Əbhərin Ettelaat idarəsi, oradan isə Zəncan zindanına intiqal edilmişdir.
Deyilənlərə görə, azərbaycanlı müəllim 2018-ci il dekabrın 20-də Əbhərdə müəllimlərin keçirdiyi etiraz yığıncağındakı çıxışı ilə əlaqədar saxlanılıb. O çıxışı zamanı inflyasiya, yoxsulluq, müəllimlərin məişət problemləri və etirazçıların təhlükəsizlik qüvvələri tərəfindən saxlanmasına etiraz bildirmişdir.
Xatırladaq ki, 2018-ci il dekabrın 20-də Əbhər Şəhər İcra Hakimiyyəti binasının qarşısında çox sayda təqaüdə çıxmış müəllim etiraz yığıncağı keçirib, yığıncaqda bir çox tələb irəli sürülüb.
N.S