Tikantəpə(Tikab) və Sayınqala(Şahindej) şəhərlərinin İran parlamentindəki nümayəndəsi bildirib ki, qızıl yatağının paylarının bəlli bir faizinin yataq işçilərinə ixtisas verilməsi yaxşı haldır. Ancaq bundan bölgənin adi vətəndaşları və kəndlilərinə də pay düşməlidir.
Gunaz.tv
Təbrizin "azaranjoman xəbər saytının verdiyi bilgiyə görə, "Həsən Hümməti əhalinin Tikantəpə qızıl yatağı haqqında şübhəli düçüncələrinin olduğunu, onların bu yatağın ancaq suları, təbiəti və ətraf mühiti çirkləndirdiyini düşündüklərini qeyd edərək, qızıl yatağının fəaliyyətinin şəffaflaşdırılmasının vacibliyini bildirib.
Nümayəndə qızıl yatağının paylarının hərraca çıxarılmasında öncüllüyün yerli əhaliyə verilməli olduğunu və əhali bunu almadığı təqdirdə başqalarına satılmasını daha məntiqli olduğunu söyləyib.
O, imkanlı sərməyəçilərin su-istifadəsinin qarşısının alınması üçün payların satılmasında bəlli bir limitin təyin edilməsinin zəruriliyini vurğulayıb.
H.Hümməti bölgənin gəlişməsi və əhalinin rifahının qızıl yatağının paylarının yerli əhaliyə satılmasında olduğunu fikrində olduğunu açıqlayıb.
Qeyd edək ki,Tikantəpə Yaxın Şərqdə Zərəşoran və Ağdərə kimi iki ən böyük qızıl mədəni, həmçinin 80 daş mədəninə sahibdir.
Lakin İran rejiminin ayrı-seçkilik siyasətləri nəticəsində bura ölkə üzrə ən ağır iqtisadi durumda olan bölgələrdən biridir. Tikantəpəni əyalət mərkəzi ilə birləşdirən münasib yol belə mövcud deyil.
Zərəşoran mədəninin səhmdarları və sahibləri ölkənin mərkəzində yerləşən, farsların üstünlük təşkil etdiyi əyalətlərdəndir. Onlar mədəndən hasil edilən xam məhsulu ölkənin mərkəzinə göndərirlər, beləliklə, ondan əldə edilən gəlirlərdən İsfahan, Kirman, Yəzd və Tehran kimi əyalətlər faydalanır.
C.E