SON XƏBƏRLƏR

Azərbaycanlı öyrənci fəal Pərisa Rəfii 7 il həbs cəzasına məhkum edilib

2021.10.20, 07:36
Azərbaycanlı öyrənci fəal Pərisa Rəfii 7 il həbs cəzasına məhkum edilib

Gunaz.tv

GünAz TV: Tehran Universitetinin öyrəncisi, zəncanlı xanım fəal Pərisa Rəfii məhkəmə tərəfindən 7 il həbs cəzasdına məhkum edilib.


Tehranın İnqilab Məhkəməsi fəalı sözləşmə və toplaşma, sistemin əleyhinə təbliğat aparmaq və ümumi asayişi pozmaqda ittiham edib.


Fəalın ağır həbs cəzası ilə üzləşdiyi barədə onun yaxınları məlumat verib.


Fotoqrafiya üzrə təhsil alan Pərisa Rəfii Tehran Universitetinin Öyrəncilər Şurasının üzvü kimi mədəni və qanuni fəaliyətlərlə məşğul olub.


Xanım Rəfii fevralın 25-də təhsil aldığı Tehran Universitetinin qapısının önündə təhlükəsizlik qüvvələri tərəfindən tutulub, o 23 gün saxlandıqdan sonra martın 19-da 300 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.


Fəal saxlandığı zaman, prokuror və müstəntiqlər dolayısı yolla onun vəkilinə çatdırıblar ki, Pərisa əməkdaşlıq tələbi ilə razılaşmır, ona görə də hüququnun təmin olunması ilə bağlı gözləntisi olmamalıdır.


Bundan əvvəl müttəhimin vəkili Səid Xəlili açıqlama yayaraq bildirib ki, P.Rəfiiyə qarşı ağır ittihamlar irəli sürülüb, lakin onları sübut edən heç bir etibarlı dəlil və sənəd yoxdur.


Azərbaycanlı öyrənci fəalın məhkəmə iclası avqustun 13-də hakim Əhmədzadənin sədrliyi ilə keçirilib. Məhkəmə iclasında prokurorun nümayəndəsi iştirak etməyib.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar