SON XƏBƏRLƏR

Azərbaycanlı öyrənci fəal Röya Səğiri azadlığa buraxılıb

2021.10.20, 07:36
Azərbaycanlı öyrənci fəal Röya Səğiri azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Məcburi hicaba etiraz etdiyi üçün həbs edilən azərbaycanlı öyrənci fəal Təbrizin Mərkəzi Zindanından sərbəst buraxılıb.

 

Röya Səğiri noyabrın 28-də İran Ali Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb, o avqustun 25-də həbs edilmişdir.

 

24 yaşlı Röya Səğiri İran rejiminin ədalətsizlik və ayrı-seçkilik siyasətinə qarşı keçirilən aksiyalar zamanı (İranda dey ayı etirazları adlanır) məcburi hicaba etiraz etdiyinə görə Təbrizdə saxlanmışdır.

 

Təbriz Mədəni Universitetinin öyrəncisi “sistemin əleyhinə təbliğat aparmaq” və “sistemin əsaslarını aşağılamaq” kimi uydurma ittihamlarla üzləşərək 23 ay həbs cəzasına məhkum edilmişdir.

 

Qadın haqları müdafiəçisinə qarşı irəli sürülən ittihamlardan biri “hicabsız şəkildə ictimai yerlərə çıxmaq”dan ibarət olub. 

 

Azərbaycanlı öyrənci bundan əvvəl Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə 8 ay və “rəhbəri təhqir etmək” ittihamı ilə 18 ay həbs cəzasına məhkum edilib, məhkəmənin bu qərarı sonralar Apelyasiya Məhkəməsi tərəfindən olduğu kimi təsdiqlənmişdir.

 

Ötən dekabr ayının son günləri və yanvarın ilk həftələrində İran şəhərlərində keçirilən etirazlar qısa müddətdə 100-dən çox şəhəri bürüdü. İqtisadi gərginliklə bağlı başlayan etirazlarda sonralar müxtəlif şüarlar səsləndirildi və bir çox tələblər irəli sürülüldü. Kütləvi aksiyalarda azı 25 nəfər təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həlak oldu, təxminən 5 min etirazçı saxlanıldı. Polis əksər şəhərlərdə keçirilən aksiyalara güc tətbiq etdiyi üçün beynəlxalq qurumlar tərəfindən kəskin şəkildə pislənildi.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar