SON XƏBƏRLƏR

Azərbaycanlı qadın fəallardan biri təhsil nazirinin irqçi açıqlamasına belə cavab verib – VİDEO

2021.10.20, 07:36
Azərbaycanlı qadın fəallardan biri təhsil nazirinin irqçi açıqlamasına belə cavab verib – VİDEO

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal xanım Xədicə Hejəbri türk dilini İran coğrafiyasında yaşayan 40 milyon Azərbaycan türkünün qırmızı xətti olduğunu bildirib.

 

“Turan xanım” adı ilə tanınan fəal təhsil nazirinin qeyri-fars dillərinə qarşı irqçi açıqlamasına yaydığı bir video vasitəsi ilə cavab verib.

 

“40 milyon Azərbaycan türkünün qırmızı xətti türk dili, Azərbaycanın qarış-qarış torpağı və onun milli kimliyidir. Bizə bölücü və pantürkist deyillər. Lakin biz nə bölücü, nə də ki, pantürkistik. Biz kimliyimizi tələb edirik. Biz ovladlarımızın ana dilində təhsil almasını istəyirik. Mən buradan təhsil nazirinin faşistcəsinə verdiyi açıqlamanı qınayıram”- deyə videoda bildirilib.

 

Əlində 3 cild “ana dili” kitabı tutan Xədicə Hejəbri sözlərini “Yaşasın Azərbaycan”, “Yaşasın ana dili” və “Yaşasın türk dili” şüarları ilə yekunlaşdırıb.

 

https://www.youtube.com/watch?time_continue=21&v=EKu6ToEdsvE

 

İyulun 14-də İranın təhsil naziri Məhəmməd Bəthayi qeyri-fars dillərində dərs keçməyin təhlükəli və qadağan olduğunu vurğulayaraq məktəblərdə dərslərin fars dilində keçirilməsi məsələsini “sistemin qırmızı xətti” adlandırmışdır. Nazirin bu açıqlaması Azərbaycan türklərinin geniş etirazına səbəb olub, aradan təxminən 20 gün keçməsinə baxmayaraq etirazlar müxtəlif formalarda davam edir.

 

Buna cavab olaraq təxminən 20 azərbaycanlı millət vəkili nazirin sözlərini pisləyərək məktəblərdə ana dillərinin tədris olunmasını tələb edib. Bir neçə millət vəkili nazirin dərhal üzr istəməsi, bəziləri isə onun parlamentdə deputatların suallarına cavab verməsini istəyib.

 

Azərbaycan əhalisi isə türk dilinin məktəb və universitetlərdə tədris olunması və təhsil nazirinin işindən uzaqlaşdırılmasını tələb edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar