SON XƏBƏRLƏR

Azərbaycanlı qadın fəallardan siyasi məhbuslara dəstək – Qoşaçayda / GÖRÜNTÜ

2021.10.20, 07:36
Azərbaycanlı qadın fəallardan siyasi məhbuslara dəstək – Qoşaçayda / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan şəhərlərində İran  zindanlarında məhbus həyatı yaşayan azərbaycanlı milli-mədəni fəalların azadlığını tələb edən soydaşlarımızın sayı günü-gündən artır.

 

Qərbi Azərbaycan Əyalətində yerləşən Qoşaçayda Azərbaycan Milli Hərəkatının qadın fəalları əllərində plakatlar tutaraq azərbaycanlı siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər.

 

İranın Güney Azərbaycana qarşı apardığı siyasəti pisləyən qadın fəallar Siyamək Mirzayi, İbrahim Nuri, Kiyumərs İslami, Lətif Həsəni və s. kimi fəalların qeyd-şərtsiz azadlığa buraxılmasını istəyiblər.

 

Siyasi məhbusların sərbəst buraxılmasını tələb edən plakatlar fars və ingilis dillərində yazılıb.

 

Şəkillərdə göründüyü kimi, fəalların üzü təhlükəsizlik məsələləri ilə əlaqədar göstərilmir.

 

 

 

 

 

 

 

 

N.S  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar