SON XƏBƏRLƏR

Azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən banner SAVALAN ZİRVƏSİNDƏ – GÖRÜNTÜ

2021.10.20, 07:36
Azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən banner SAVALAN ZİRVƏSİNDƏ – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Bir qrup milli-mədəni fəal, azərbaycanlı siyasi məhbusların azadlığını tələb etmək məqsədi ilə Savalan dağı zirvəsinə çıxıb.

 

Siyasi məhbusların qeyd-şərtsiz sərbəst buraxılmasını  istəyən fəallar “Azadlıq uğrunda dostağa düşən  igidlərimizə azadlıq” yazılmış banner nümayiş etdiriblər.

 

Bannerin aşağı hissəsində “Bayrağı ucalarda qalmaq istəyən hər hərəkət, dostaqlardakı bayraqlarına arxa durub, onları uca tutmalıdır” sözü yazılıb.

 

Bannerdə Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardıqları mədəni mübarizəyə görə həbs olunan Lətif Həsəni, Siyamək Mirzayi, Kiyumərs İslami və İbrahim Nurinin görüntüləri də əks olunub.

 

Kiyumərs İslami və İbrahim Nuri iyulun 5-i və 6-da keçirilən Babək qalası yürüşü ilə əlaqədar İranın təhlükəsizlik qüvvələri tərəfindən tutulub. Onlar sıralama ilə Muğan zindanı və Tehranın Evin həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılır. Kiyumərs İslami qanunsuz saxlandığına etiraz olaraq iyulun 28-dən aclıq aksiyası keçirir.

 

Mühəndis Siyamək Mirzayi isə 3 il həbs və 1 il sürgün cəzasına məhkum edilib, o 3-cü ildir ki, Tehranın Evin zindanında həbsdədir.

 

Dr. Lətif Həsəni isə Kərəcin Rəcayişəhr zindanında saxlanılır. Qondarma ittihamlarla 9 il il həbsə məhkum edilən fəal cəzasının 6-cı ilini çəkir.

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar