SON XƏBƏRLƏR

Azərbaycanlı tanınmış yazıçı və şair Vaqif Səmədoğlunun anım mərasimi keçirilib – Ankarada / GÖRÜNTÜ

2021.10.20, 07:36
Azərbaycanlı tanınmış yazıçı və şair Vaqif Səmədoğlunun anım mərasimi keçirilib – Ankarada / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Türkiyə paytaxtı Ankarada tanınmış Azərbaycanlı şair, yazıçı və dramaturq "Vaqif Səmədoğlu"nun anım mərasimi keçirilib.

 

Azərbaycanın xalq şairi Vaqif Sənədoğlunun 80 illiyilə bağlı bu gün 5 Fevral da, Ankarada Beynəlxalq Türk Məzdəniyyəti Təşkilatında (TÜRKSOY) anım tədbiri keçirilib.

 

Təbirdə Azərbaycan Yazıçılar Birliyin sədri Anar Rzayev, TÜRKSOY-un rəhbəri Lüsen Kasseinov, Avrasiya Yazarlar Birliyinin rəhbəri Yaqub Öməroğlu, Səməd Vurğunun Ev Muzeyinin direktoru Nüşabə Babayeva-Vəkilova, Türkiyənin tanınmış ədəbiyyat adamları, ziyalıları, Hacı Bayram Vəli Universitetinin müəllimləri iştirak ediblər.

 

Tədbirdə Vaqif Səmədoğlunun şair, yazıçı, musiqiçi, cazmen kimi xüsusiyyətlərindən, 60-cılar nəslinin ən fəal nümayəndəsi kimi xidmətlərindən bəhs olunub.

 

Tədbirdə azərbaycanlı aktyorlar Kamran Yunus, Xəzər Süleymanlı şairin şerlərini səsləndiriblər.

 

Türkiyədə fəaliyyət göstərən "Xəzər" rəqs ansamblının solistləri Cənər Coşqun, Aynur Nazarbayeva rəqslərlə çıxış ediblər, opera sənətçisi Güner Arkan şairin şeirlərinə bəstələnmiş mahnılar ifa edib.

  

 

 

 

 

 

 

 

 

 

 

 M.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar