SON XƏBƏRLƏR

Azərbaycanlı valdeynlərin “İstək” adı verdiyi uşağa şəxsiyyət vəsiqəsi verilmir - İranda

2021.10.20, 07:36
Azərbaycanlı valdeynlərin “İstək” adı verdiyi uşağa şəxsiyyət vəsiqəsi verilmir - İranda

Gunaz.tv

GünAz TV: İranın Vətəndaşlıq üzrə Qeydiyyat İdarəsi  meşginşəhrli (xiyavlı) valdeynin uşağı üçün seçdiyi türkcə İstək adını qeydiyyata alıb ona şəxsiyyət vəsiqəsi verməkdən imtina edir.

 

Buna səbəb kimi, hökumət tərəfindən təqdim olunan siyahıda İstək adının olmaması göstərilir. 

 

İstək Ləşgəri Meşginşəhrdə doğulmuş azərbaycanlı körpədir. Ona valdeynləri türk adı verdiyi üçün aylardır şəxsiyyət vəsiqəsi verilmir, uşaq bunun nəticəsində bütün ictimai və səhiyyə xidmətlərindən məhrum edilib. Səhiyyə müəssisələri körpənin kimliyi müəyyən edilmədiyi üçün ona peyvənd vurmaqdan da imtina edir. Bu vəziyyət körpənin həyatını təhlükə ilə üz-üzə qoyub.

 

Uşağın ailəsi ona şəxsiyyət vəsiqəsi almaq üçün aylardır Meşginşəhrin Qeydiyyat İdarəsinə müraciət edir, lakin idarə rəsmiləri İstək adının sistemdə olmadığını və sistemin Tehrandan idarə olunduğunu qeyd edərək azərbaycanlı uşağı türk adı ilə qeydiyyata almırlar.

 

İranda 30 milyondan çox Azərbaycan türkünün milli kimliyi, tarixi və etnik mənsubiyyəti rejim tərəfindən inkar edilərək fars milləti adlandırılır. İrqçi rejim tədricən türk kimliyini unutdurmaq üçün müxtəlif asimilasyon üsullarından istifadə edir. Bu üsullardan biri insanlara türk adı ilə şəxsiyyət vəsiqəsi verməmək və türkcə olan coğrafi adları dəyişdirməkdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar