SON XƏBƏRLƏR

AZƏRBAYCANLIĞIMIZ – TÜRKLÜYÜMÜZ – ŞƏRQLİYİMİZ .Asif Ata

2021.10.20, 07:36
AZƏRBAYCANLIĞIMIZ – TÜRKLÜYÜMÜZ – ŞƏRQLİYİMİZ .Asif Ata

Gunaz.tv
Asif Ata AZƏRBAYCANLIĞIMIZ – TÜRKLÜYÜMÜZ – ŞƏRQLİYİMİZ Düzgün: Möhtərəm Ata, dünənimizdə Azərbaycan–Türk – Şərq birliyinə münasibətiniz? ATA: Əvvəl Azərbaycanlığımız adlanan həqiqəti car edək. Azər¬baycanlığımız, yəni ruhani mahiyyətimiz. Azərbaycan Şərq ruhu¬nun parlaq, bütöv, dərin ifadəsidir. Azərbaycan Şərq mahiyyə¬tinin ifadəsidir. Azərbaycan Zərdüştçülük hadisəsinin ifadəsidir. Zərdüştçülük əzəli peyğəmbərlikdir – yalansız, qismətsiz, cənnətsiz, cəhənnəmsiz, hürüsüz, pərisiz olandı: odun işıq hadisəsidir, ruhun bədən üzərində hakimliyi ideyasıdır; Midiyada yaranıb, Midiyanındır, Azərbaycanındır. Bu baxımdan, Azərbaycanlığımız – əzəli peyğəm¬bər¬liyimiz deməkdir. Burada heç bir şişirtmə yoxdur. Azərbaycanlığımız – Babəkliyimiz deməkdir. Xürrəmdinlik deməkdir. Xürrəmdinlik – fərəh deməkdir. İnsanın azadlığının fərəhi inamdır, özünəməxsusluğunun, özünəsahibliyinin, özündən asılılığı¬nın, yenilməzliyinin inamıdır. Bu inamı daxilində Şirvin gəzdirən, yəni Allah gəzdirən Babək yaradıb. Və Azərbaycan – Babəklikdir, yəni ikinci böyük peyğəmbərlikdir – Fərəh İnamının peyğəmbərliyi ifadəsidir. Azərbaycanlığımız Dədə Qorqud ağsaqqallığı ifadəsidir, ağsaqqallığın əzəli, əbədi, sonsuz igidlik səviyyəsidir. Atalığın hökmdarlıq kimi yox, Atalığın böyük mənasında mə¬na¬lılıq eyni zamanda döyüşkənlik, yeri gələndə vərəsəlilik, qeybdən xəbər vermə idrakı – hamısının birliyidi. Belə birlik elə Azər¬bay¬canlıq deməkdir. Azərbaycanlıq hürufizm deməkdir, «ənəlhəq» ideyasıdır, insa¬nın özünün Allah olması ideyasıdır və bu baxımdan Azərbaycan «ənəlhəq» ifadəsidir. Ona görə elə bu bəs idi ki, xalq böyük sayılsın. Azərbaycan – Füzulilik ifadəsidir. Füzuli isə eşqin inam səviy¬yəsidir. Allaha aid olan bütün atributları Füzuli eşqdə görür və onu böyük ehtirasla, ağayana bir bənzərsizliklə, təblə, ustalıqla təbliğ eləyir. Azərbaycanlığımız – muğamlıqdır. Muğam – fəlsəfədir, əxlaq yoludur. İnsanın pillə-pillə artması, saflaşması, xalisləşməsi və son nəticədə dünyalığa qovuşması yoludur. Və mənə elə gəlir ki, Azər¬baycanımız – Azərbaycanlığımız özünün yerə-göyə sığmayan mahiy¬yətində Sazı da ifadə eləyir. Sazda türkü – Şərqi xatırladan iki cəhətin: möhtəşəmliklə zərifliyin vəhdəti aşkarlanır. Əgər biz «Kor¬oğlu»ya yaxşı qulaq assaq, onda mütləq «Yanıq Kərəm»i eşidərik, əgər biz «Yanıq Kərəm»ə yaxşı qulaq assaq, orda mütləq «Kor¬oğ¬lu»nu eşidərik. Azərbaycanlığımızın bu dövrünün də öz fəlakətləri var. O fə¬lakətlərin birincisi Midiyanın süqutudur, ikincisi Babəkin qətlidir, üçüncüsü Çaldıran fəlakətidir, dördüncüsü Türkmənçay dəhşətidir, beşincisi milli dövlətimizin devrilməsidir, altıncısı 20 Yanvardır və yeddincisi Xocalı qırğınıdır. Bütün bunlar hamısı «Azərbaycanlıq nədir?» sualına cavab verir. Bəs Türkçülük nədir? Türkçülük – Şumerçilikdir. Biz Şumer¬dən yaranmışıq. Bütün türklər, Şumer – dünyanın mərkəzidir və dünya mədəniyyəti ordandır. Türkçülüyün birinci adı – Şumerçilikdir. Türkçülüyün ikinci böyük adı – İşıqçılıq və ümumən döyüşkənlik tarixidir; Şumerçiliyə xas olan idrakdır, ömürlük döyüşə çağırışdır və burada da mərdlik, cəldlik, ölümdən qorxmamaq, sərkərdəlik qabiliy¬yəti aşkara çıxdı. Bunlardan Səlcuqlara qədər, Səlcuqlardan Osman¬lılara qədər türk döyüşkənliyi adlanan, Türk Sərkərdəliyi adlanan böyüklük peyda oldu. Türkçülük yerə-göyə sığmayan döyüşçülük, ruhçuluq səviyyə¬sinə qalxdı, hər birində çox böyük dahilər oldu. Və onlarda böyüyən sufilər var idi… Çox təəssüf ki, öz inamını hələ ki, XX əsrə qədər yarada bilmədi. Zərdüştdən sonra Türk Dünyasının peyğəmbəri ol¬madı. Ondan sonra Türk Dünyasının fəlakətli dövrü gəlir, «fəlakətli türk» ideyası yayılır. Bir-biri ilə döyüşməsidir, bir-birini qırmasıdır bu fəlakət, yayılması, xırdalanması, bir-birini tanımaması, qərbləş¬mə¬si… Şərqçilik nədir? Şərqçilik – ruhaniyyatı maddiyyatdan yük¬sək tutmaqdır. Şərqçilik – indianizmdir. İndianizm – dörd böyük ideya əsasında inkişaf edir: birincisi – imtina. İnsan dünyada nə var hamısını qamarlamağa gəlməyib. İnsan heyvan deyil. İnsan imtina üçün gəlib. İnsan imtina etməlidir dünyanın verdiyi çox şeylərdən. Və sonradan Buddada nirvana səviyyəsi olub imtina. İkinci – atman ide¬yası: dünyanın ruhu var, özümlüyü var – ona çatmaq gərək! Üçün¬cüsü: – induizm: insanın özüylə döyüşməsi, təmizlənməsi, yenidən doğulması ideyasının yayılmasıdır. Əxlaqda bundan böyük fikir yox¬dur. İnsan həyata gəlir ki, təzədən, ikinci dəfə doğulsun. Nə qədər ki, ikinci doğulma yoxdur – İnsan yoxdur. Bizim Ocaq da bunun əsas məğzini qəbul eləyir, təzədən təkrar eləmir. Çünki XX əsr o qədər qəlizləşmiş əsrdir ki, burda tək yenidən doğulmanın induizm pərdəsi ilə iş görmək mümkün deyil. Və dördüncüsü – Xeyirin şər üzərində üstünlüyü ideyasıdır. Şəri şərlə öldürməmək, şəri xeyirlə öldürmək. Xeyirdə şəri öldürmək gücü çoxdur. Şər şəri öldürmür. Sonra da Qandizm adlanan böyük bir ideya yarandı. Şərqilik birinci budur. İkinci Şərqilik sufizmdir. İnsan dünyaya gəlib ki, özündəki həs¬rətə – kamil həyat həsrətinə qovuşsun. Bundan ötrü özü ilə dö¬yüşərək özündən artıq olmalıdır. Özünü ötməlidir pillə-pillə. Bun¬dan sonra şəriət vasitəsiylə, təriqət vasitəsiylə, mərifət vasitəsiylə Özünə çatmalıdır və müəyyən bir məqamda həmin o kamilliyə qovuş¬malıdır. İnsanın həyata gəlməkdə məqsədi budur. Şərqilik – xurafata qarşı, dinə qarşı dahilərin şah ədəbiyyatıdır, şah bədiyyatıdır… Burda bəzi haşiyələr lazımdı. Şah bədiyyatının mahiyyəti gerçəkliyi ötməkdir. Şah bədiyyatı mahiyyəti xurafata qarşıdır. Ancaq zahirən şah bədiyyat xurafatı, islamı tərifləyirdi. Nizamilərin, Füzulilərin, Cəlaləddin Rumilərin və başqalarının əsər¬ləri Allahın adı ilə başlayır və Allahın adıyla qurtarırdı. Ancaq bu, zahiri bir etiqad idi, çünki onlar Allahın yaratdığı dünyaya lənətlər yağdırırdılar. Bütün dahilərin, şairlərin yaradıcılığı – dünyanın inkarı, Allahın tənqidi idi. Şərqilik həmçinin – peyğəmbərlik halının təsdiqi idi. Əgər Qərb elmə əsaslanırdısa və eynən biliyə, ağıla ən çox, müşahidələrə, mü¬hakimələrə – yəni aşağı idraka, əslində aşağı ruhaniyyata əsasla¬nırdısa, Şərq vəhyə, vəcdə, ehtizaza, aşiqliyə inanırdı, tapınırdı. Yüksək ruhaniyyata. Və Qərb insanı gerçəkliklə məhdudlaşdırırdı, insanın içindəki – gerçəkliyi ötmək bacarığını haradasa saxlayırdısa, Şərqdə bu, özünü tam aşkara çıxarır. Çünki insanın məqsədi təkcə dünyanı dərk etmək deyil, İnsanın məqsədi mənaya qovuşmaqdır. Mənanı isə ayrıca – özündən kənarda dərk etmək mümkün deyil. İnsanı İnsan edən odur. İnsan üçün təkcə dünyanın mənasını hifz eləmək, yaxud onu anlamaq azdır. Onda o, özünün daxilindəki həsrətə qovuşa bilməz. Bunun hamısı mənadan gəlir – dünyanın dünyadan böyük mənasına qovuşmaq həsrətindən. Bunu elm heç cür bacara bilmir. Şərqiliyin sonuncu (bugünkü) halı Qərbçilikdir. Qəribə də olsa… Bütün bu deyilənlər hamısı doğrudur. Maddiyyat ruhaniyyatı üstələdi. Vəhy, vəcd, ehtizaz, aşiqlik unuduldu. Bilik yarandı, demo¬kratiya, siyasət, parlamentarizm… Qeyri-adi nə vardısa, hamısı adi¬ləşdi. Şərq özündən əl çəkdi. Bununla da bəşəriyyətin həsrətinə – mənaya qovuşmaq həsrətinə, ruhaniyyat səviyyəsinə qalxmaq həsrə¬tinə dəhşətli bir sədd qoydu, ziyan verdi bütün bəşəriyyətə – özünün geriləməsi, qərbləşməsi səbəbindən. İndi məqsəd Şərqçiliyi yenidən qaytarmaqdır. Bu, Ocağın işidir. Biz elə edəcəyik ki, Şərq özünə qayıdacaq, Şərq özünün birin¬ciliyinə qayıdacaq və bəşər indiki ruhsuzluq fəlakətindən qurtulacaq. Düzgün: Atanın bu günümüzdəki Türk–Şərq birliyinə münasibəti? ATA: Bugünkü Azərbaycanda Üzeyir Hacıbəyovun «Koroğ¬lu»su var, atalar sözlərimiz, bayatılarımız, nağıllarımız qalıb, Azərbaycan dili qalıb. Füzulilərin, Nəsimilərin əsərləri qalıb. Azdan-çoxdan türk fəlsəfəsini, mənəviyyatını bilənlər var, sufi ədəbiyyatını, sufi fəlsəfəsini bilənlər var, hürufi fəlsəfəsini, hürufi mahiyyətini bilənlər var. Ayrı-ayrı adətlərimizi saxlamışıq. Dilimizi bütöv saxla¬mışıq. Xalq mahnılarımız qalır. Tarımız, kamanımız, Şərqçiliyimizin musiqi ifadəçiləri, demək olar ki, hamısı qalır. Ancaq Azərbaycan türkçülüyünü və Şərqçiliyini siyasi aləmdə, elm aləmində, zadəganlar aləmində, ictimai mənada itirib tamamilə. Füzulinin şeirlərini oxu¬yublar – Füzulinin mahiyyətini öyrənməyiblər, Füzulinin ruhunu bilməyiblər, Füzulinin qəzəllərini bilirlər, – aşiqliyini bilmirlər. Aşiq¬lik yoxdur – Füzulini əzbərləyiblər. Nəsiminin ənəlhəqqini əz¬bərləyiblər. Nəsiminin ənəlhəqqini bilirlər azdan-çoxdan – onun ardınca düşə bilmirlər – islamın arxasınca düşüblər, həccə yüyürür¬lər, özlərinin zindanına yüyürürlər və zəncirlənirlər, xurafata ina¬nırlar. Hansı gündə dünyaya gəlirlər – taxtlı-taclı Allaha inanırlar, qismətçi, intiqamçı, bənna Allaha inanırlar, həm də Nəsiminin hey¬kəlini qoyurlar riyakarlar. Həm də Nəsiminin yubileyini keçirirlər özləri üçün. Bitərəflik. Yəni qərbçilik, rusçuluq Şərqçiliyimizə qarşıdır. Akademiyada Şərq ruhu ölübdür, institutlarda Şərq ruhu yoxdur. Xüsusi Şərq ədəbiyyatı keçirlər – dünya ədəbiyyatından ayrı. Avropasentrizm təbliğ edilir. Dünya tarixi keçilir və xüsusi Şərq tarixi – yəni balaca əyalət tarixi. Dünya musiqisindən danışırlar – orda Muğama yer yoxdur. Ona görə də məqsəd odur ki, Şərq¬çiliyimizə qayıdaq. Bu, çox çətin işdir. Bunun üçün Ocaq lazım idi – o da var. Bunun üçün bilik azdır – Şərq ruhunun daxilində təzə nə varsa, onun içində təzə nə varsa, yığıb dünya, İnam Dünyası yarat¬maq lazım idi – o da var. Ocağa gəlmək – Şərqə qayıtmaqdır. Ocağı dərk eləmək – Şərqi dərk eləməkdir. Ocaqçılıq – Şərqçilikdir. Başqa yol yoxdur. Düzgün: Ata, sabahımızda Türk–Şərq birliyi necə olma¬lıdır? ATA: Mən türklərin konfederasiya yaratmağının əleyhinə¬yəm. İndidən də bunu deyirəm. Dövlət kimi türklərin hamısını birləşdirən bir dövlət ideyasını Azərbaycan xalqının yeni şəkildə təzədən buxovlanması hesab edirəm, çünki türk siyasi birliyinə, ümumən siyasət adlanan birliyə inanmıram. Çünki siyasət – ikilikdir. Ən azı ikilik olan yerdə birlik ola bilməz. Mən Azərbay¬canın indiki Orta Asiyadakı türklərlə də siyasi vəhdətinin, siyasi dövlətçiliyinin əleyhinəyəm. Çünki qardaşnan siyasət edəndə belə qardaş qardaşı aldadır, aldatmalıdır, yoxsa siyasət deyil, əslində ziyan verəcək türk birliyinə. Azdan-çoxdan nəyəsə bir insaf var idi, mehr var idi. İndi bir az artıb. Onun əvəzinə siyasi mehr, siyasi qardaşlıq gələcək… Gördük o siyasi qardaşlığı. Ancaq Türk – Azərbaycan birliyi labüddür. Bunun üçün türklərin öz inamlarına qayıtmaları lazımdır. İnam əsasında birləşsinlər, siyasət əsasında yox, İnam əsasında! Onun əsasında hamısı birləşsinlər. Peyğəmbərliyin hamısı türk irqindən başlayıb, türkün özündə isə yaşamayıb əslində. Türk özünün islama verdiyi hədiyyənin cüzi bir hissəsini özünə versəydi, indi gör nəydi! İslamı saxlayan, böyüdən, qoruyan türk oldu. Ancaq özü gəldi Qərbin ağuşuna düşdü. Özgələşdi. Şərq deyəndə mən islam birliyi demirəm. İslam birliyi həmişə antişərq dünyası olub. İslama qədər Şərq yenilməz idi, itaətkar deyildi. İtaətdən qorxurdular. İslam özü itaətdir. Ondan əvvəlki dinlər – Zərdüştçülük işıq dini idi. Türk kimi əzəmətli, türk kimi güclü, möhtəşəm bir irq çevrilib oldu qismətçi. Allahı şərh etməyə başladı. Bu birinci. İkinci – İnsanlaşma əsasında birləşməli pillə-pillə. Sonra, təzə Cəmiyyət idealı olmalıdır. Niyə təzə Cəmiyyət idealı qalıb indiyə qədər? Niyə ondan-bundan cəmiyyət biçimi götürdü?! İndi də kapitalizm, demokratiya adlanan cəmiyyətdən beşəlli yapışıb. Türkə lazım deyil kapitalizm! Türkdən dəllal çıxmaz! Türk birsifətlidir. Türk minsifətli deyil. Demokratiya minsifətlik deməkdir… Yeni Cəmiyyət yaranmalıdır. Yeni Cəmiyyətin birinci əsas prinsipi ağalığın Atalıqla əvəz olunmasıdır. Hakimiyyətçilik əvəzinə – Atalıq! Ata heç bir imtiyaza malik olmamalıdır. Dünyanın saf adamı, xalqının, ölkəsinin ən yoxsul adamı olmalıdır… Dövlət çox minimal funksiyaya malik olmalıdır ki, güclü olsun. İqtisadiyyat onun işi deyil. Dövlət inkişafla məşğul olmalıdır. Azad fərdlərdən xalq yaratmalıdır. Xalqı təmsil eləməlidir və qorumalıdır dünyada. Belə Cəmiyyət güclü olacaq, həm də güc antiinsani güc olmayacaq, insani güc olacaq… Və dördüncü – zəhmətkeş sahib olmalıdır öz mülkiyyətinə. Çünki o, mülkiyyətə öz mülkiyyəti deyə bilər – o becərir, məhsul verir, o işləyir. Nə kapitalizm, nə sosializm! Nə mülkiyyətin kapita¬listə verilməsi, nə də mülkiyyətin dövlətə verilməsi, dövlətin kapita¬listə çevrilməsi. Hər ikisi antiinsanidir… Bu cəmiyyət uğrunda Türk Dünyası döyüşməlidir. Onda Özüm¬lü Şərq də yaranacaq. Şərqçiliyimizə də qayıdacağıq və ruha¬niyyat maddiyyatı üstələyəcək. Avropada yaxşı nə varsa, qalacaq. Ancaq Qərbçilik, bədnamçı fəlsəfə, bədnamçı siyasət, bədnamçı həyat tərzi ləğv olunacaq. Biz Qərbin əleyhinə deyilik, qərbçiliyin əleyhinəyik. Qərbçilik – Şərqin özgələşməsidir. Qərbçilik – Qərbin özünün də özgələşməsidir. Düzgün: Atanın pantürkizmə münasibəti? ATA: Pantürkizmin böyüklüyü haqqında ilk açıq sözü Azər¬baycanda Ata deyib. Elə bilməyin ki, mən bununla lovğalanıram. Çünki bu, o qədər üzvi, o qədər təbii bir ideyadır ki, bunu hamı deməliydi. Bunu mən səksəninci ildə demişəm və mənim DTK tərəfindən verilən adımın biri də pantürkist idi. Bu cəhətnən fəxr edirəm ki, DTK kimnən iş aparacağını yaxşı bilirdi. İndiki kimi hamı böyük deyildi o vaxt. Sonra pantürkizmin böyüklüyü haqqında birinci dəfə Ata demişdi açıq mətbuatda (89-cu ildə «Azərbaycan» qə¬zetində), Azərbaycan xalqına onun hədsiz dərəcədə gərək oldu¬ğunu söyləmişdi. Ancaq mənim pantürkizmimin klassik pantür¬kizm¬dən, yəni Ziya Göyalpdan və Əli bəy Hüseynzadənin pantürkizmindən fərqi var. Bu fərq ondan ibarətdir ki, onların hər ikisində pantürkizm Qərbçilik və İslamçılıq ilə birləşir. Müsəlman mədəniyyəti adı altında, İslam mədəniyyəti adı altında ərəb mədəniyyəti yaşayırdı və mütəfəkkirlərin çoxu ərəb mədəniyyətinə qulluq edirdi. İbn-Sina, məsələn, Fərabi. Mən belə hesab edirəm ki, türkçülüyü Qərbçiliyə qarşı, İslamçılığa qarşı qoy¬masaq, türkçülük bəzəkli, çox effektli, təmtəraqlı bir arzu olaraq qalacaq. Mənim pantürkizmim antiqərbçi və antiislamçı pantür¬kizm¬dir. Düzgün: Atanın Avropasentrizmə münasibəti? ATA: Avropasentrizmə münasibətim açıq və bütöv, gerçək şə¬kildə mənfidir. Avropasentrizm hardasa mahir irqçilikdir. Avropa irqini yeganə, əsl irq saymaqdır. Bütün Şərqi isə onun əyaləti say¬maqdır. Şekspiri biz bilirik, Füzulini onlar bilmirlər. Simfonizmi biz bilirik, Muğamatı onlar bilmirlər və Muğamatdan öyrən¬mirlər. Özləri üçün pis eləyirlər. Çünki əsl inkişaf ikitərəfli olma¬lı¬dır. O sənə təsir edir, gərək sən də ona təsir edəsən. Bunlar hamısı bəşəriyyətin ziyanınadır və Qərbçiliyin inkişafı tək Şərqin yox, Qərbin özünün, bütün bəşərin məhvinə gətirib çıxarır. Artıq son vaxtlar mən qəti əminəm ki, Avropa dediyini deyib qurtarıb, demokratiyadan o tərəfə siyasi söz deyə bilməyəcək. Rasionalizmdən o tərəfə əsl, böyük fəlsəfi ideya deyə bilmir. Sərhəd baxımından, xüsusən də ruhaniyyat baxımından Qərb dəhşətli dərəcədə özünü itirib. Əxlaqsızlaşıb, adiləşib, rəsmiləşib. Söz Şərqindir, söz Ocağındır. Düzgün: Şərq – Qərb təzadında, yəni Şərq fəlsəfəsi – Qərb fəlsəfəsi, Şərq ədəbiyyatı - Qərb ədəbiyyatı, Şərq musiqisi – Qərb musiqisi, ruhaniyyatçılıq – maddiyyatçılıq və Şərqdə müasir Qərbçiliyə Atanın münasibəti? ATA: Şərq fəlsəfəsi – Qərb fəlsəfəsi. Şərq fəlsəfəsi – ruh fəlsəfəsi, Qərb fəlsəfəsi – ağıl fəlsəfəsidir. Şərq ədəbiyyatı – Qərb ədəbiyyatı. Şərq ədəbiyyatı – ülviləşmə ədəbiyyatı, ideallaşdırma ədəbiyyatı, Qərb ədəbiyyatı – realist ədəbiyyatdır ən çox. Şərq musiqisi – ekstazlı, ehtizazlı. Qərb musiqisi – təbli. Ruhaniyyatçılıq – maddiyyatçılıq. Ruhaniyyatçılıq insanın Mütləqə qovuşması və ger¬çəklikdən artıq olması, şəraitdən, mühitdən artıq olması, maddiy¬yatdan artıq olması. Maddiyyatçılıq – insanın gerçəkliyə pərçimlən¬məsi, cəmiyyətə pərçimlənməsi, şəraitə pərçimlənməsi, özünün ülvi mahiyyətindən tam ayrılması. Şərqdə müasir Qərbçilik. Bütün Şərq indi Qərbçidir. Ən çox siyasi Qərbçidir. İndoneziya Qərbçidir – islam ölkəsi adlanır. Sonra Pakistan Qərbçidir – ancaq islam ölkəsi adlanır. İraq Qərbçidir – islam ölkəsi adlanır. Sonra İran da Qərbləşir. İndi Şərq yoxdur əslində. Qərb var. Bütün başqa ölkələr də hamısı əvvəllər yarı sosializm, yarı demokratiya, yarı Şərq, yarı rus, yarı Qərb təmayüllü idilər. İndi isə artıq SSRİ yoxdur. Ona görə də hamı tam Qərbləşib və bu saat demək olar ki, Qərbdən başqa dünya yoxdur. Məqsəd odur ki, Qərbçilik bəşər aqibətindən tam silinsin ki, bəşər özünə qayıtsın, özümlüyünə, bənzərsizliyinə, əlvanlığına qayıtsın və dünya özünə oxşasın. Düzgün: Azərbaycan – Türk – Şərq birliyi Ocağımızda necə var? ATA: Qərbçilik ləğv olunandan sonra, yəni Qərbin, özünü yeganə mərkəz və hər şeyin əzəli kimi təqdim eləməsi naşılığı qurtaran kimi xüsusi Şərq – Qərb təzadına ehtiyac olmayacaq. Ocağımızın İnsanlaşma ideyası bütünlüklə Şərq ideyasıdır. Azərbaycanımızın, Şərqimizin daxilindən gəlmə ideyadır. Ruhani Cəmiyyət ideyası yenə də Şərq ideyasıdır – ruha¬niyyatçılığımızdır. Həmçinin də Müstəqil Vətən ideyası yenə də Şərq¬çilik ideyasıdır, İnsançılıqdır, ruhçuluqdur və Özümlü Şərq ideyası da yenə Şərqçilikdir. Bütün məsələ bundadır ki, Ocaqçılıq elə Şərqçilikdir. Ancaq bu Şərqçiliyin heç bir eqoizmi, heç bir xudbin fikri yoxdur. Onun məqsədi bəşər üzərində hakimiyyət yox, onun məqsədi bəşəri ruhsuzluq bəlasından qurtarmaqdır. Söhbəti apardı: Düzgün Atalı. Yağış ayı, 14-cü il. (Noyabr, 1992). qaynar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar