SON XƏBƏRLƏR

Azərbaycanlılar Berlinin mərkəzində etiraz aksiyası keçirdilər

2021.10.20, 07:36
Azərbaycanlılar Berlinin mərkəzində etiraz aksiyası keçirdilər

Gunaz.tv
Azərbaycanlılar Berlinin mərkəzində etiraz aksiyası keçirdilər DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən iyun ayının 4-də Berlində “Dağlıq Qarabağ Respublikası”nın Almaniya nümayəndəliyinin açılmasına etiraz əlaməti olaraq orada yaşayan azərbaycanlılar aksiya keçirmişlər. Aksiya içtirakçılarının verdiyi məlumata görə aksiya Berlinin mərkəzi küçələrindən birində - Jandarm Platsda baş tutmuşdur. www.dak.az ------------------------------------------------------------------------ Azərbaycan kanoeçisi Dünya Kubokunun mərhələ yarışında finala vəsiqə qazanıb avarcekenler_27_03_08.jpg Avarçəkənlərimiz bu axşam 500 metr məsafəni qət etmək uğrunda mübarizə aparacaqlar Bu gün Macarıstanın Zeqed şəhərində kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Dünya Kubokunun I mərhələsinin startı verilib. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətinin verdiyi məlumata görə, 34 ölkənin qatıldığı yarışda ilk dəfə Azərbaycan idmançıları da mübarizə aparırlar. Günün ilk yarısında kayak və kanoeçilərimiz 200 metr məsafəyə yürüşün seçmə mərhələsində qüvvələrini sınayıblar. 1 nəfərlik qayıqlarda kanoeçilərimizdən Valentin Demyanenko bu məsafəni 41,018 saniyəyə qət edərək öz yarımqrupunda 8 idmançı arasında I yeri tutub. Digər yarımqrupda isə Aleksandr Kasatkin 43,343 saniyə nəticə ilə 8 idmançı arasında V olub. Yarışın reqlamentinə əsasən, V.Demyanenko birbaşa 9 idmançının mübarizə aparacağı finala vəsiqə qazanıb. A.Kasatkin isə sabah yarımfinal mərhələsində çıxış edəcək. O da iyunun 7-də keçiriləcək həlledici mərhələyə çıxmaq üçün ½ finalın 9 iştirakçısı arasında ilk “üçlüy”ə girməyı bacarmalıdır. Kayakçıların mübarizəsinə gəldikdə, Fikrət Zeynalov 200 metr məsafəni 43,785 saniyəyə qət edərək, öz yarımqrupunda 8 iştirakçı arasında V yeri tutub. Həmyerlimiz bu nəticə ilə sabah keçiriləcək yarımfinal mərhələsinə vəsiqə qazanıb. ½ finalda 9 iştirakçı arasında ilk “üçlüy”ə düşəcəyi halda, o, iyunun 7-də baş tutacaq finala çıxacaq. 2 nəfərlik kayak qayıqlarında isə Fikrət Zeynalov Elmar Məmmədovla birgə çıxış edib. Bu duet 41,158 saniyə nəticə ilə 7 iştirakçı arasında sonuncu yeri tutsa da, reqlamentə əsasən, yarımfinala vəsiqə qazanmağı bacarıb. Sabah keçiriləcək ½ final keçidində onlar 9 cütlük arasında ilk “üçlüy”ə düşəcəkləri halda finala vəsiqə qazanacaqlar. Avarçəkənlərimiz eyni kateqoriyalı qayıqlarda bu axşam 500 metr məsafəni qət etmək uğrunda mübarizə aparacaqlar. ans press

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar