SON XƏBƏRLƏR

AZƏRBAYCANLILAR VOLQOQRADDA İKİ ERMƏNİNİ ÖLDÜRDÜ

2021.10.20, 07:36
AZƏRBAYCANLILAR VOLQOQRADDA İKİ ERMƏNİNİ ÖLDÜRDÜ

Gunaz.tv
AZƏRBAYCANLILAR VOLQOQRADDA İKİ ERMƏNİNİ ÖLDÜRDÜ Qafqazlılar tələbə yataqxanasında ruslarla da dalaşdılar 2821.jpg Volqoqrad vilayətinin Staropoltavsk rayonunda azərbaycanlılarla ermənilər arasında insident baş verib. APA-nın məlumatına görə, “Voyaj” kafesində baş verən insident iki erməninin bıçaqlanması ilə nəticələnib. Ağır bıçaq yarası alan ermənilərdən biri ölüb, o biri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı qətlə cəhd etmək maddəsi üzrə cinayət işi başlanıb. Faktla bağlı iki azərbaycanlı saxlanıb, məhkəmənin qərarı ilə onlar haqqında həbs-qətimkan tədbiri seçilib. Saxlanan şəxslərin adları açıqlanmır. 1985 və 1986-cı il təvəllüdlü hər iki şəxs 15 ildir Volqoqradda kənd təsərrüfatı sahəsində çalışırlar. Srağagün axşam Moskva Yüngül Kimya Texnologiyaları İnstitutunun yataqxanasında dava baş verib. Nəticədə bir nəfər bıçaq xəsarətləri alıb. Xəsarət alan rus tələbə yerli hüquq-mühafizə orqanlarına verdiyi açıqlamasında bildirib ki, gecə yataqxana otağında onunla qafqazlılar arasında mübahisə düşüb. Həmin otağa başqa rus tələbələr də gəlib və dava qızışıb. Dava vaxtı isə qafqazlılardan biri onun qarın nahiyyəsinə bıçaqla zərbə endirib. Hazırda faktla bağlı araşdırma gedir. GƏNCƏ SAKİNİ İNTİHAR ETDİ Gəncə şəhər, Kəpəz rayonu, Şahlar Hüseynov küçəsi, ev 13, mənzil 39-da yaşayan 45 yaşlı Elçin Zahid oğlu Əsgərov intihar edib. Gəncə şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, E. Əsgərov özünü hamamda asaraq öldürüb. Faktla bağlı araşdırma aparılır. LƏNKƏRAN SAKİNİNİ QATAR VURDU Lənkəranın Vel kəndi ərazisində bədbəxt hadisə baş verib. Lənkəran rayon Prokurorluğundan APA-nın cənub bürosuna verilən məlumata görə, yük qatarı dəmir yolunu keçmək istəyən kənd sakini, 1951-ci il təvəllüdlü İsmayıl Əliş oğlu Hüseynovu vurub. Ağır bədən xəsarəti alan İ.Hüseynov Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. ŞƏKİDƏ 76 YAŞLI KİŞİ NƏRDİVANDAN YIXILARAQ ÖLDÜ Şəkidə 76 yaşlı kişi nərdivandan yıxılaraq ölüb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki Rayon Prokurorluğundan məlumat verilib. Şəki şəhər sakini, 1932-ci il təvəllüdlü Möhüddin Əsgər oğlu Rəsulov gilas yığmaq üçün ağaca çıxarkən nərdivandan yıxılıb və başı beton piltəyə dəyib. O, aldığı xəsarətdən hadisə yerində keçinib. SƏBUHİ musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar