Azərbaycanlılara qarşı 31 Mart soyqırımından 103 il ötür

2021-03-31 00:02

Bu gün 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür.

Gunaz.tv Quote | Gunaz article

Daşnak erməni quldurlarınının rus bolşeviklərlə birgə azərbaycanlılara qarşı törətdiyi qanlı qətliamdan  103 il ötür.

Azərbaycan türklərinə qarşı qətliam siyasəti ermənilər Cənubi Qafqaza köçürüləndən sonra başlanmışdı.

Hələ XVIII əsrin 20-ci illərində çar I Pyotr azərbaycanlıların tarixi torpaqları olan Bakı və Dərbənddə ermənilərin məskunlaşdırılması barədə göstəriş vermişdi. 

1802-ci ildə çar I Aleksandr Qafqaz canişininə konkret təlimat göndərmişdi ki, ermənilər nəyin bahasına olursa-olsun, Azərbaycan xanlıqlarının ələ keçirilməsində istifadə olunmalıdırlar.

XIX əsrdə Rusiya-İran və Rusiya-Türkiyə müharibələrinin yekunu olaraq, Azərbaycan torpaqlarına Qacar dövlətindən 40 min, Türkiyədən 85 min erməni köçürülmüş, İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Erməni vilayəti” təşkil edilmişdi. 

Bu, Azərbaycan torpaqları hesabına yaradılacaq gələcək Ermənistanın əslində təməli idi. Tarixi qaynaqlara görə, həmin vaxt İrəvan şəhərində 7331 azərbaycanlı, 2369 erməni yaşayırdı.

Ermənilərin yerləşdirildiyi ərazilərdə azərbaycanlıların sayca üstünlük təşkil etməsi düşmənlərimizin soyqırım siyasətinə əl atılmasına rəvac verirdi. 

1918-ci ildə Rusiyada fevral burjua inqilabı baş vermiş, çar devrilmişdi. Dünyanın 1/6-ni təşkil edən nəhəng ölkədə xaos başlamışdı. Keçmiş imperiyanın ən qaynar bölgəsi Cənubi Qafqaz idi. Artıq özlərinə silahlı dəstələr yaratmış və yaranmış fürsətdən istifadə edərək özlərinə dövlət qurmağı planlayırdılar.  

Türk torpağı İrəvan və ətraf bölgələrdə möhkəmlənmiş ermənilər Xəzərə qədər torpaqları ələ keçirmək, “Böyük Ermənistan” yaratmaq istəyirdilər. 

1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir Leninin təyinatı ilə Qafqaz fövqəladə komissarı kimi Bakıya göndərilən Stepan Şaumyan qətliamın başlamısında əvəzsiz rol oynamışdı. 

1918-ci il martın 31-də Bakı şəhərində dinc azərbaycanlıların kütləvi qətlində Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda ermənilərin «Daşnaksütyun» partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdi. 

Bakıda üç gün davam edən qırğın zamanı ermənilər azərbaycanlı məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edir, cəsədlərin qulaqlarını, burunlarını kəsir, qarınlarını yırtırdılar. Nəticədə təkcə Bakıda 25 min soydaşımız qətlə yetirilmişdi.

S.Şaumyan Bakıda və ətraf qəzalarda törətdikləri qırğınla əlaqədar 1918-ci il aprelin 13-də Rusiya Xalq Komissarları Sovetinə məktubunda yazırdı: “Bizim süvari dəstəyə edilən silahlı hücumdan bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Biz artıq 6 min nəfərlik silahlı qüvvəyə malik idik. 

Daşnakların da 3-4 min nəfərlik silahlı milli hissələri var idi ki, o da bizim sərəncamımızda idi. Məhz onların iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi. Lakin onun qarşısını almaq mümkün olmadı. Biz bu işə şüurlu surətdə getdik. Əgər azərbaycanlılar üstün gəlsəydilər, onda Bakı Azərbaycanın paytaxtı elan edilə bilərdi”.

Bununla kifayətlənməyən ermənilər Azərbaycanın digər ərazilərində - Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Qarsda da kütləvi qətliamları davam etdiriblər. 1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə yaxın dinc sakin qətlə yetirilib, Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılıb, əhalisi isə öldürülüb.

1918-ci iln aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilib. 

Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırıb, Zəngəzur qəzasında isə 115 azərbaycanlı kəndi məhv edib, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülüb. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50000 azərbaycanlı qaçqın düşüb.

İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilib, yaşayış məntəqələri isə yerlə yeksan edilib. 

Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş edib. 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılıb, əhalisi isə məhv edilib.

1920-ci ilin mayında ermənilərin və XI Qızıl Ordunun iştirakı ilə Gəncədə 12 mindən çox azərbaycanlı qətlə yetirilib.

Qırğınlar Güney Azərbaycanda da davam etdirilib. 1918-ci ildə Güney Azərbaycan ərazisində yaşayan 130 mindən çox soydaşımız ermənilər tərəfindən qətlə yetirilib. Bütövlükdə o zamankı qırğınlar nəticəsində 1 milyona qədər azərbaycanlı məhv edilib.

1918-ci ildə azərbaycanlıların kütləvi qətli ilə müşayiət olunan qırğınların qarşısının alınmasında Osmanlı generalı, Qafqaz İslam Ordusunun komandiri Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun böyük rolu olub. 

Məhz türklərin xilaskar missiyası ermənilərin bədnam Bakı və digər şəhərlərin türksüzləşdirilməsi planının qarşısını alır. 

Qeyd edək ki, mərhum prezident Heydər Əliyevin sərəncamı ilə 1998-ci il 26 mart tarixli fərmanına əsasən, 31 mart Azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur.

Hər il martın 31-i dünyada yaşayan Azərbaycan türkləri erməni vəhşiliyini yada salır, soyqırım qurbanlarını xatirəsini yad edir. 

Ayxan Turan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

TAP-la indiyədək 2 mlrd. kubmetrdən çox qaz nəql edilib

2021-05-18

gun az article

Azərbaycan Ordusunun antiterror əməliyyatına hazırlığı barədə tapşırıqlar verilib

2021-05-18

gun az article

İranda 231 siyasi-mədəni fəal xalqa müraciət edərək prezident seçkilərini boykot etməyə çağırıblar

2021-05-18

gun az article

Belarusun müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlib

2021-05-18

gun az article

“Sən azadsan, Laçınım”-Qədim yurdumuz artıq düşmən tapdağında deyil

2021-05-18

gun az article

Dövlət Agentliyi: “Şuşa əsas turizm məkanı olacaq”

2021-05-18

gun az article

Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabit olduğunu bildirib

2021-05-18

gun az article

ABŞ Prezidentinin müşaviri İlham Əliyevə zəng etdi

2021-05-18

gun az article

Azərbaycan Ordusunun PUA heyətləri təlim tapşırıqlarını icra edir - VİDEO

2021-05-18

gun az article

Hindistanda “Tauktae” qasırğası 8 nəfərin ölümünə səbəb olub

2021-05-18

gun az article

Dmanisiyə əlavə polis qüvvələri yeridilib - Gürcüstanın DİN rəhbəri

2021-05-17

gun az article

Sülhməramlılar 80 ermənini Amarasa apardı

2021-05-17

gun az article

İşçi qrupunun rəhbəri: “Dmanisidəki insidentdə heç bir etnik amildən söhbət gedə bilməz”

2021-05-17

gun az article

Ombudsman Səbinə Əliyeva Gürcüstanın Xalq Müdafiəçisinə müraciət edib

2021-05-17

gun az article

28 gürcünü ölümdən xilas etmiş Rahib Məmmədovun qardaşı: "Dmanisi sakinlərini təxribata getməməyə səsləyirəm"

2021-05-17

gun az article

Naxçıvan Qarnizonunda növbəti komanda-qərargah təlimi başlayıb-FOTOLAR

2021-05-17

gun az article

ABŞ dövlət katibi və Fransa XİN başçısı Qarabağı müzakirə edib

2021-05-17

gun az article

Azərbaycanda daha 515 nəfər COVID-19-dan sağalıb, 426 nəfər yoluxub

2021-05-17

gun az article

Dövlət Komitəsi Gürcüstan azərbaycanlılarına çağırış edib

2021-05-17

gun az article

Səid Xətibzadə: “İlkin razılaşma deyilən bir şey yoxdur”

2021-05-17