SON XƏBƏRLƏR

Azərbaycanlılardan “Sepah” agentliyinin hədəfə aldığı Qaşqay türklərinə dəstək

2021.10.20, 07:36
Azərbaycanlılardan “Sepah” agentliyinin hədəfə aldığı Qaşqay türklərinə dəstək

Gunaz.tv

GünAz TV: İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) xəbər agentliyi türklərə qarşı qərəzli mövqeyini brüzə verərək İranda iqtisadi dövlət mafiyasını Qaşqay türkləri ilə əlaqələndirib.


“Təsnim” xəbər agentliyi avqustun 20-də yaydığı bir karikaturada ölkədə baş verən korrupsiya və oğurluğu özünəməxsus şəkildə izah edib.


“Korlanmış ağazadələr (cəmiyyətdə xüsusi imtiyazlı dövlət rəsmiləri belə adlanır)  beytul-mal süfrəsinin başında” adı altında dərc olunan karikaturada ölkədəki korrupsiya və iqtisadi mafiya Qaşqay türkləri ilə əlaqələndirilib. Bunun üçün karikaturada məşhur Qaşqay elinin papağından istifadə olunub. Bu papaq Qaşqay türklərinin simvolu kimi tanınır.


Təhqiramiz karikaturun yayılmasına Qaşqay türkləri ilə yanaşı Azərbaycan türkləri də kəskin reaksiya verib. Azərbaycanlı sosial şəbəkələr istifadəçiləri müxtəlif postlar paylaşaraq “Sepah”ın türklərə qarşı təhqiramiz mövqeyini kəskin şəkildə pisləyiblər.
Onların əksəriyyəti karikaturada Qaşqay papağı deyil, molla əmmaməsi və ya “Sepah”ın uniformasından istifadə olunmasını doğru hesab edir. Ona görə ki, İranda əhalinin sərvəti Qaşqay türkləri tərəfindən deyil, mollalar və “Sepah” üzvləri tərəfindən talanır.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar