SON XƏBƏRLƏR

AZƏRBAYCANLILARI QƏTLƏ YETİRƏN SKİNXEDLƏR YAXALANDI

2021.10.20, 07:36
AZƏRBAYCANLILARI QƏTLƏ YETİRƏN SKİNXEDLƏR YAXALANDI

Gunaz.tv
AZƏRBAYCANLILARI QƏTLƏ YETİRƏN SKİNXEDLƏR YAXALANDI Onlar Orta Asiya və Qafqazdan olan 20 nəfərin ölümündə təqsirli bilinir QayNar: Rusiyanın paytaxtında Podmoskovya kriminal milis idarəsinin əməliyyatçıları skinxedlər dəstəsini yaxalayıblar. Onlar Moskva və Podmoskovya ərazisində ən azı 20 nəfər Qafqaz və Orta Asiyadan olan şəxsləri öldürməkdə təqsirli bilinirlər. Bu barədə Moskva əyalətinin hüquqmühafizə orqanları məlumat verib. Bildirilib ki, “Orta Asiya və Qafqaz ərazisindən gələnlərin öldürülməsi seriyasının araşdırılması gedişində cinayət axtarışı operativləri 6 nəfəri saxlayıblar. Saxlanılan şəxslər 17-20 yaşlarındadır, onlar Moskva və Podmoskovya sakinləridir və özlərini skinxedlər hərəkatı sıralarına aid edirlər”. Öldürülənlər arasında bir neçə nəfərin də azərbaycanlı olduğu güman edilir. Saxlanılanların yaşayış yerində milislər millətçilik ruhunda ədəbiyyat və atributlar aşkar ediblər. "Qaynar"

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar