SON XƏBƏRLƏR

Azərbaycanlıların nazir postuna təyin olunması məsələsi gözardı edilir – Təbrizin millət vəkili

2021.10.20, 07:36
Azərbaycanlıların nazir postuna təyin olunması məsələsi gözardı edilir – Təbrizin millət vəkili

Gunaz.tv

GünAz TV: Təbriz, Tufarqan (Azərşəhr) və Üskünün (Üşkaya) İran parlamentindəki millət vəkili azərbaycanlı millət vəkillərinin türklərdən nazir postuna təyin olunmasını tələb etdiyini, lakin bu tələb hər zaman gözardı ediliyini bildirib.

 

Məhəmməd İsmayıl Səidi bu barədə oktyabrın 14-də “Fars” xəbər agentliyinə danışıb.

 

“Nazir postuna azərbaycanlıların seçilməsi məsələsi hər zaman biz millət vəkillərinin gündəmində olub, hətta bu məsələyə təkid edərək təklif də irəli sürmüşük. Bölgənin millət vəkilləri çox çalışıb ki, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan əyalətlərindən ən azı bir neçə nəfər Nazirlər Kabinetində olsun. Ona görə ki, bu diyarın inqilab və siyasətın formalaşması, həmçinin  ölkənin müdafiəsi və digər məsələlərdə böyük rolu olub”- deyə o bildirib.

 

Məhəmməd İsmayıl Səidi nazirlərlə bağlı azərbaycanlı millət vəkillərinin tələbinin yerinə yetirilmədiyini xüsusi diqqətə çatdırıb. “Bizim bölgədən bir neçə nəfər Nazirlər Kabinetində olmalıdır. Çox təəssüf ki, bu məsələ hər zaman gözardı edilir, hazırkı hökümət də bu günədək bu məsələni diqqətə almayıb. Halbu ki, hökumət nazirlərin dəyişdirilməsində bu bölgədə olan çox sayda qabliyyətli və bacarıqlı şəxslərdən nazir kimi istifadə edə bilər”- deyə millət vəkili qeyd edib.

 

Oktyabrın 10-da Şəbistərin İran parlamentindəki millət vəkili Məsumə Ağapur Əlişahi də parlamentdə çıxış edərək Nazirlər Kabinetində ən azı bir qadın, bir türk və bir sünni məzhəbinə mənsub şəxsi görmək istədiyini bildirmişdir.

 

Həsən Ruhani son vaxtlar istefaya göndərilən 4 nazirin yerinə yeni şəxslər təyin etməyə hazırlaşır. Nazirlər kabinetində türk nazirlərin olması Azərbaycan türk millətinin ictimai tələblərindən biridir. Hazırda nazirlər arasında türk yoxdur, 3 nazirdən başqa digər nazirlərin hamısı farsdır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar