SON XƏBƏRLƏR

Azərbaycanlıların selə məruz qalan türkmənlərə göndərdiyi yardımlar polis tərəfindən zəbt edilib – VİDEO

2021.10.20, 07:36
Azərbaycanlıların selə məruz qalan türkmənlərə göndərdiyi yardımlar polis tərəfindən zəbt edilib – VİDEO

Gunaz.tv

GünAz TV: İran polisi Güney Azərbaycan şəhərlərində selə məruz qalan “Türkmən səhra” əhalisi üçün toplanan yardımları zəbt edib, yardım toplama mərkəzlərini isə bağlayıb.

 

Polis martın 24-də yardım mərkəzlərinə hücum edərək onları qapadıb, toplanan yardımları isə götürüb. Bu mərkəzlər ötən günlərdə azərbaycanlı milli-mədəni fəallar tərəfindən yaradılmışdır.

 

https://www.youtube.com/watch?time_continue=5&v=v986k8JglB4

 

Kəleybər

 

Polisin sözügedən mərkəzlərə hücum faktı Kəleybər və Miyana şəhərlərində qeydə alınıb. Məlumata görə, Kəleybərdə toplanan yardımlar Polis İdarəsinə, Miyana şəhərindəkilər isə Qızıl Aypara Cəmiyyətinə aparılıb.

 

Miyana

 

Polisin təbii fəlakət bölgəsi üçün yardım toplamağa mane olması o halda baş verir ki, İran dövləti bu istiqamətdə heç bir ciddi addım atmır, bölgə əhalisi isə bir çox problemdən əziyyət çəkir. Azərbaycan şəhərlərində əhali nağd pul və digər yardımlarını dövlət nümayəndələrinə vermək istəmir, onlar həmin yardımları azərbaycanlı fəallara təhvil verməyə üstünlük verir.

 

Novruz bayramı günlərində baş verən sel fəlakəti ilə bağlı azərbaycanlı fəallar ““Türkmən səhra” yalnız deyil” şüarı ilə yardım toplama kampaniyası keçirərək türkmən bacı və qardaşlarına yardım etməyə çalışırlar.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar